SpaceX və Tesla ilə son illərdə adını tez-tez eşitdiyimiz İlon Mask Aya ən sürətli formada ayaq basmaq istəyir. İlin əvvəlində işçilərinin 10%-ni işdən çıxarmaq məcburiyyətində qalan Mask daha aşağı büdcə ilə daha böyük işlər görməyi hədəfləyir.
Texnoloji və kosmik sahədə dünyanın bir çox ölkəsindən böyük maraqla izlənən İlon Mask yeni hədəfini Twitter vasitəsilə elan etdi. Twitter paylaşımında həmçinin SpaceTech şirkətinin paslanmaz poladdan hazırlanmış Starship-ini kosmosa göndərməli olan SpaceX-ın daha bir istehsalı olan Raptor mühərriki haqqında məlumat verib.

Ənənəvi olaraq raketlər dünya atmosferi və kosmik boşluq boyunca uçuş üçün istifadə olunur. Ars Technica-nın İlon Mask-ın paylaşımı ilə bağlı verdiyi açıqlamaya görə, SpaceX bu çətin prosesi cəmi bir mühərriklə asanlaşdıracaq. Bu fərq raketlərin inkişaf etdirilməsində və yoxlanışında daha aşağı büdcə və daha az vaxt itkisi deməkdir.


Bəs yaxşı Mars planı hara getdi?

SpaceX bəşər övladını Qırmızı Planetə aparmaq üçün Starship-dən istifadə edəcəyini bildirmişdi. Lakin niyə yeni paylaşımlarda Aydan söhbət açılır?

Bu sualın cavabı ”limitli büdcələrlə daha çox iş görmək” ola bilər. SpaceX bu ilin əvvəlində strateji düzəliş adı altında işləyənlərin 10%-ni işdən çıxarmışdı. Çünki, kosmik gəmiləri inkişaf etdirmək və istehsal etmək olduqca bahalı prosesdir.

Onsuz da SpaceX hal-hazırda yapon milyarderinə Starship-lə Ay səyahəti üçün söz verib. Lakin Mars hələ ki, müzakirə mövzusu deyil. Kifayət qədər maddi güc və vaxt əldə edildiyi zaman, yəni SpaceX-ın Ay seriyası bitdiyi zaman Mars üçün yeni xəbərlər eşidə bilərik!

https://futurism.com/little-sophia-robot-kickstarter