İngiltərə hökuməti start verdiyi yeni layihəsində evdəki məişət tullantıları ilə təyyarələrin uçurulmasını hədəfləyir.
Evdəki tullantılar artıq hava sənayesinə öz töhfəsini verəcək!
Olduqca vacib bir layihəyə imza atacaq layihə rəhbərləri uğura necə nail olacaqlar? Bu mövzu haqqında təcrübəli bir araşdırma komandası qurmağı planlayan ingilislər tullantıların təyyarə yanacağına çevrilməsi üçün 22 milyon sterlinq pul ayırıblar.
Bundan bir neçə ay əvvəl, ultra aşağı karbonlu emissiyaya sahib elektrikli vasitələr üçün büdcə ayıran İngiltərə hökuməti 2040-cı ilə qədər benzin və dizel maşınlarının tamamilə qadağan olunacağı xəbərini yaymışdı.

İngiltərə Nəqliyyat Naziri Jesse Nomani tullantıdan istehsal olunan aşağı karbonlu yanacaq üçün 2030-cu ilə qədər İngiltərənin 600 milyon sterlinq xərcləyəcəyini və 10000-ə yaxın təkrar emal məntəqəsi yaradacağını açıqlayıb.

Layihənin əsas məqsədi isə zibilxanalarda yaranan istixana effektini tamamilə aradan qaldıraraq ətrafa mənfi təsir edən qazların yayılmasının qarşısını almaqdır.

İngilislərin əsas hədəfi isə 2050-ci ilə qədər istixana qazı emissiyasını 80% azaldaraq gələcək nəsillərə daha yaxşı bir planet qoyub getməkdir.