Haqqında illərdir araşdırma aparılan, amma hələ də dəqiq məlumatlar əldə edilməmiş Stonehenge-nin yaranmasına dair olduqca maraqlı bir iddia irəli sürülüb. Baxmayaraq ki, indiyə qədər istər əfsanəvi, istərsə də elmi bir çox fərqli fikirlər olsa da Stonehenge-nin oxşar tikililər kimi sirri hələ də tam açılmayıb.

Amma yeni araşdırmanı aparan elm adamı Bryan Con araşdırmaların tamamilə elmi müstəvidə getdiyinə görə dəqiq nəticələnmədiyini bildirir.

Con-un fikrincə tikilini əmələ gətirən və bluestone olduğu düşünülən bu nəhəng daşlar təxminən 500.000 il əvvəl hansısa buzlaq tərəfindən bölgəyə daşınıb. Ərazidə bu fikri dəstəkləyən bir çox dəlil tapdıqlarını da deyən Con bu məlumatın bir çox sirri açıqladığını düşünür.

Tikili ilə bağlı ən çətin suallardan biri qədim insanların bu daşları daşıyacaq gücə və ya texnologiyaya necə sahib ola biləcəyi mövzusu idi. Amma Con daşları buzlaqların sürümə ehtimalının bu suala olduqca məntiqli cavab verdiyi qənaətindədir. Conun fikrincə sürünən daşlar buzlaqların əriməsi ilə üzə çıxdılar.

Yaxşı, bəs Stonehenge indiki vəziyyətini necə alıb?

Stonehenge barədə illərdir davam edən araşdırmalar bölgədə istifadə olunan daşların təxminən 250 km uzaqlıqdakı mədəndən gəldiyini ortaya qoyur. Daşların zaman ərzində fərqli qruplar tərəfindən daha çox inkişaf etdirilərək indiki halını aldığı və ilk mərhələnin 5000 il əvvəl hazırlandığı güman edilir. Bu məlumatların bir çoxu bölgədə tapılan müxtəlif sümüklər və əşyalar sayəsində təsdiqlənib.

Hər biri tonlarla ağırlıqda olan bu daşların buzlaqlarla bölgəyə daşındığının kəşf edilməsi mövzunu sirli edən sualı cavablandırır. Ötən illərdə dünyanın bir çox hissəsində yerləşən oxşar tikililər və Stonehenge üzərində aparılan araşdırmalar bu tikililərin bir növ nəhəng Günəş saatı ola bilmə ehtimalını artırır.

İSTİNAD: http://www.dailymail.co.uk/sciencetech/article-5728911/The-gigantic-stones-Stonehenge-moved-GLACIERS-new-theory-claims.html