İsgəndəriyyə kitabxanası qədim dövrün ən böyük kitabxanası` hesab olunur. Bəzən ifrata varıb guya vaxtilə burada 500.000-700.000 əlyazmanın saxlanıldığını deyirlər. Və guya keşişlər, Sezar müharibələri, yaxud da Ömər ibn əl Xəttab (hz. Ömər) tərəfindən məhv edildiyi deyilir. Son araşdırmalara görə isə İskəndəriyyə kitabxanasında 15.000 civarı əlyazma var idi (o dövr üçün şübhəsiz ki, böyük rəqəmdir).

Ən əsası isə kitabxanın məhv olmasına səbəb yuxarıdakılardan heç biri deyil. Belə ki, bu kitabxananı diqqətsizlik məhv edib. Çünki o dövrdə yazı vasitəsi papirus idi, papirus isə Misirdəki istidə uzun müddət davam gətirə bilmirdi. Buna görə də əlyazmaların vaxtaşırı üzünü köçürmək lazım gəlirdi. Roma çökməyə başlayanda kitabxananın maddi dəstəyi də kəsildi. Buna görə də əlyazmaları kopiyalayan tapılmadı. Xristianlığın İskəndəriyyədə hakim din olmasından sonra isə heç kəs “kafir” sənəti ilə məşğul olmaq istəmədi.