Kainatın başlanğıcından bəri mövcud olmasına baxmayaraq elm adamlarını təəccübləndirməkdə davam edən işıq demək olar ki, mövcud bütün şeylərdən daha sürətlidir. Təkcə bir saniyədə 299.792.458 km yol qət edə bilən (boşluqda, irəlilədiyi mühitə görə sürəti fərqli ola bilər) işıq, sahib olduğumuz ən müasir cihazlarımızdan çox sürətli olsa da kainatın nəhəngliyini nəzərə aldıqda o qədər də sürətli deyil. Bu səbəblə, işıqdan daha sürətli ola biləcək şeyləri araşdıran elm adamları bəzi nəzəriyyələrə görə keçilməsi mümkünsüz olan işıq sürəti-ni keçməyə nail olmuş və ya nail ola biləcək şeyləri kəşf etmişlər.

  • Böyük Partlayış

Kainatın başlanğıcı kimi qəbul edilən Böyük Partlayış kosmosun işıqdan daha sürətli formada genişlənməsini təmin etmişdir. Bəzi elm adamları bu genişlənmənin ”Nothing can go faster than light” (heç nə işıqdan sürətli gedə bilməz) sözü ilə uyumlu olduğunu deyirlər. Böyük Partlayışla genişlənən kosmos, kütləyə və ya həcmə sahib olmadığı üçün məşhur cümlədə yer alan ”Nothing”-dir. Buna görə də işıq sürətini heç nəyin keçə bilmədiyini deyən nəzəriyyələr Böyük Partlayışla toqquşmur.

  • İşığın görüntüsü

Bəzi elm adamları işığın görüntüsünün işıqdan daha sürətli hərəkət etdiyi halların ola biləcəyini qeyd edirlər. Bu vəziyyətə nümunə vermək üçün əlində lazer olan bir adam, eləcə də A və B adlı 2 fərqli planet düşünək. Adamın olduğu yer, eləcə də A planeti və B planeti bir-birindən 100 işıq ili uzaqlıqda olsun. Son olaraq da A və B planetləri arasında nəhəng bir platforma olduğunu düşünək (lazeri görünən edən platforma). Sabit mövqedə yerləşən və heç bir şeyin təsir etmədiyi lazerli şəxs, A və B planetlərinə lazer işığını göndərsin. Əvvəlcə A planetinə işıq tutan adam bir müddət sonra işığı B planetinə gətirmək istəyəcək və bunu etmək üçün iki planet arasında yerləşən platforma üzərindən lazerin işığını sürüşdürməli olacaq. Elə məsələ də bu nöqtədə qəribə hal alır. Adi bir qol hərəkəti ilə lazerini A planetindən B planetinəç yəni 100 işıq ili uzaqlığa sürüşdürən adam işıq sürətini aşmağa nail olmuşdur. Adam işıqdan daha sürətli hərəkət etdiyi düşünülən işıq görüntüsü sayəsində lazerin dərhal B planetinə çatdığını görür, amma bu hadisə əslində sadəcə qavranışda belədir. İşığı yaradan fotonlar işıq sürətində irəliləyirlər. Lazer nə qədər sürətli formada sürüşdürülsə də fotonların düşdüyü mövqelər lazerin A planetindən çıxaraq platformadan keçməsini və B planetinə çatmasını göstərəcək. A və B planetlərində yerləşən müşahidəçilər də lazerin ən yüksək işıq sürətində irəlilədiyini görə bilərlər, amma işıq sürəti əsla aşıla bilməz. Bəzi elm adamları işıq görüntüsünün də ”nothing” (heç nə) kimi qavranılmasının vacibliyini vurğulayırlar, çünki işıq görüntüsü nə enerji, nə data, nə də dəqiq bir məlumat daşıyır. Bütün bunlara baxmayaraq işıq sürətini aşırmış kimi görünmək bu siyahıda yer almaq üçün kifayətdir.

  • Dolaşıq Kvant Nəzəriyyəsi

Albert Eynşteynin hürküdücü adlandırdığı Dolaşıq Kvant Nəzəriyyəsi bir-biri ilə eyniləşmiş iki fərqli zərrəciyin bir-birinə bağlı formada hərəkət etməsidir. Məsələn, ilk olaraq iki elektronu yan-yana gətirək. Bir-birinə təsir edən elektronlar bir müddət sonra nizamlı formada hərəkət etməyə başlayacaqlar. Bu nöqtədən sonra elektronlardan birini, yerləşdiyimiz mövqeyin milyonlarla işıq ili uzaqlığına yerləşdirək və eyniləşən elektronu titrədək. Titrəyən elektronun oxşarı çox uzaqda olsa da onlar baş verən titrəmə hərəkətini dərhal hiss edəcək və titrəmə hərəkətinin əksini tətbiq edəcəklər. Elektron işıq sürətindən daha sürətli şeylərin olmasına ən vacib nümunələrdən sayılır.

  • Soxulcan Dəliyi

Fəza-zamandakı qısa yol olaraq adlandıra biləcəyimiz soxulcan dəlikləri işığın milyonlarla ildə qət etdiyi yolu cəmi bir neçə saniyəyə endirə bilər. Bu səbəblə bəlkə də soxulcan dəliyinin yox, amma soxulcan dəliyindən keçən hər şeyin işıqdan daha sürətli olduğunu deyə bilərik.