Maryland Universitetindən fizik Ceyms Franson, işıq sürətinin düşünüləndən daha yavaş olduğunu iddia edib. New Journal of Physics jurnalında nəşr olunan araşdırmada bildirilir ki, nisbilik nəzəriyyəsində təsvir edilən işıq sürətinin daha yavaş olması bir çox tənliyi dəyişdirə biləcək faktordur. Nisbilik nəzəriyyəsi vakuum içində işıq sürətini 299,792,458 metr/san olaraq təyin edir. Bəs Eynşteynin məşhur E = mc2 teoreminə görə olduqca əhəmiyyət daşıyan işıq sürəti, yanlış hesablandısa necə?

Franson’un arqumentləri 1987-ci ilin fevralında partlayan komet SN 1987A’nın müşahidələrinə əsaslanır. Bu partlayışdan sonra Yerə çatan foton və neytrinlərdə problem müəyyən olunmuşdu. Yəni, hissəciklər Yerə 4,7 saat gec çatmışdı. Elm adamları bunun, fərqli mənbələrdən gələn fotonlardan qaynaqlandığını düşündülər. Yaxşı, bəs elə deyilsə? Franson işığın vakuum polarizasiyası adı verilən bir xüsusiyyəti səbəbilə yavaşlaya biləcəyini düşünür. Foton, pozitron və elektrona ayrılaraq çox qısa zamanda yenidən fotona çevrilə bilir. Bu səbəblə cazibə fərqi yaranaraq, hissəcik cütləri arasında yenidən birləşərkən kiçik bir enerji təsiri meydana gələ bilir. Məhz bu səbəblə də işıq yavaşlaya bilir. Əgər bu növ birləşmələr 168,000 işıq ili ərzində bir neçə dəfə meydana gələrsə, SN 1987A ‘dan gələn işığın 4,7 saat gecikməsi mümkündür. Franson’un fikirləri bilinən həqiqətləri tərsinə çevirə bilər.

Bu səbəblə kosmik nəzəriyyələr üçün dəyişməz qəbul edilən vahidlərdən istifadə edildiyi üçün bütün hesablamalar təməldən səhv olacaq. Məsələn, Günəşdən gələn enerji bizə, düşünüldüyündən daha gec gələ bilər.Və ya 12 milyon işıq ili uzaqlıqdakı Messier 81 qalaktikasının işığı, hesablandığı zaman indi hesablanmış vaxtdan 2 həftə daha gec gələ bilər. İddialar həqiqətən də sarsıdıcıdır. Nəticədə göy cisimlərindən qalaktikalara, kosmik məsafələrdən tutmuş zamanda səyahətə qədər bir çox astrofizik hesablamaları yanlış ola bilər. İşıq sürətinin düşünüldüyündən daha yavaş olması hər halda hələ də bəzi sirrləri bilmədiyimizi göstərir.