İtaliyada yerləşən Vezuvi vulkanik dağının partlaması nəticəsində yox olan Qədim Roma şəhəri Pompeydə yeni məlumatlar əldə edilib. Yeni məlumatın tarix kitablarını kökündən dəyişəcəyi istisna olunmur.

İndiyə qədər aparılan araşdırmalar nəticəsində məlum olub ki, Qədim Roma üçün vacib mövqeyi olan Pompey 24 avqust 79-cu ildə Vezuvi Dağının iki gün davam edən fəaliyyəti nəticəsində vulkanik kül və qaya parçalarının altında qalıb.

Buna baxmayaraq arxeoloqlar Pompeydəki evin divar qalıqları üzərində bir işçiyə aid olduğu güman edilən divar yazısı kəşf ediblər. Onlar daha sonra ”noyabrdan 16 gün əvvəl” yazılan divar yazısının o dövrə aid olduğunu da təsdiqləyiblər.

Kəşf edilən yeni qalıq şəhərin ehtimal olunandan iki ay sonra vulkanik küllərin altında qaldığını təsdiqləyir. Mövzu ilə bağlı açıqlamalar verən İtaliya Mədəniyyət Naziri Alberto Bonisoli, ”Bu kəşflə birlikdə tarix kitabları yenidən yazılacaq”, deyə açıqlama verib.