İtaliyan cərrah Serxio Kanavero, çinli cərrah Ren Xiapinq və Çin höküməti hələ də insandan insana ilk baş nəqlinin mümkün olacağını bildirirlər. Ötən payızda bu köçürmədən demək olar ki, bir çox xəbər agentlikləri bəhs etdi, amma köçürmə nəzərdə tutulan vaxtda baş tutmadı.

Siçanlar, itlər və meymunlarda araşdırmalar aparıldı, bir sıra köçürmələr edildi. 2017-ci ilin noyabrında iki insan cəsədi üzərində köçürmə baş tutdu.

Kanavero və digərləri ilkin mərhələdə baş köçürülən xəstənin aylarla və ehtimal ki, illərlə yaşayacağına, eləcə də onun bir sıra funksiyalarını yenidən qaytaracağına inanırlar.

Əməliyyat böyük ehtimalla 10-20 milyon dollar dəyərində olacaq və əməliyyatda təxminən 80 cərrah və köməkçiyə ehtiyac yaranacaq. Elə təkcə cəsədlər üzərindəki baş nəqli bir neçə milyon dollara başa gəlmişdi. Heyvanlar üzərində olan təcrübələr də ucuz olmayıb. Bu xüsusi məqsədə istiqamətlənmiş araşdırmalar illər boyunca davam etdiyindən cərrahlar yetərli məbləği əldə edə biliblər.

Canavero əsas köçürmə əməliyyatının uğurlu olacağına və bəşəriyyətə fayda verəcəklərinə ürəkdən inanır. Onların vacib maddi dəstəkləri də mövcuddur. Əməliyyata girmək istəyən könüllü insanlar da var. Bu səbəblə də biraz zamana ehtiyac duyurlar.

Bəzi həkimlər xəstənin əməliyyatdan sonra ağrılar çəkəcəyi barədə narahatdırlar. Onlar düşünürlər ki belə bir əməliyyat baş tutsa xəstə bir neçə gün ağrılarla yaşayıb sonda da tab gətirməyərək öləcək.