Alınan son nəfəs, sakit tərzdə tərpənən quyruq və nəhəng canlı atmosferi arxada qoyur. Kaşalot balinasının növbəti 45 dəqiqə boyunca sağ qalmağı üçün lazım olan hər şey onun bədənində yığılıb. O, artıq ova başlaya bilər. Şikarı isə ehtimal ki, iri bir kalmardır!

Kaşalot balinası, ovunu tapa bilmək üçün okeanın həqiqi qaranlığına, Günəş işığının heç vaxt düşmədiyi nöqtələrə üzmək məcburiyyətindədir. Onların təkrarlanan dərinliyə üzmə məsafələri 500-1000 metr arasında dəyişir. Bu günə qədər ölçülmüş ən yüksək rəqəm isə 2000 metrdir. Balina istimqamət radarı ilə qaranlığı araşdıraraq qonaqlığın yaxında olduğunu bildirən əks-səda üçün səbrsizlənir. Ətli kalmar isə həmin vaxt balinanın mövcudluğundan xəbərsiz halda irəliləyir. Çünki kardır!

Balinanın dərinliyə enərkən özü ilə gəzdirdiyi ən dəyərli şey oksigendir. Əzələlərin hərəkət etməsi və balinanın sağ qalması üçün ona enerji verən bütün kimyəvi reaksiyalar oksigen hesabına əldə olunur. Lakin bir şeyi də qeyd edək ki, atmosferdən əldə olunan oksigen dərinliyə üzdükcə həm də problem yaradır. Hətta, balina səthi tərk etdikdən sonra ciyərlərindəki hava da ona mane olur. Suda 1 metr dərinə üzmək daha çox təzyiqlə üzləşmək deməkdir. Azot və oksigen molekulları bir-birinə və ağciyərin divarlarına dəyərkən hər toqquşma divarı azacıq da olsa xaricə itələyir. Balinanın daxilinə və xaricinə olan təzyiqlər suyun səthində olan zaman bir-birini balanslaşdırır. Lakin nəhəng canlı aşağı üzdükcə üzərindəki suyun ağırlığıyla əzilir. Xarici təzyiq daxili təzyiqə qalib gəlir. Həmin an ağciyərin divarları içə doğru büzülür ki, təzyiq yenidən balanslaşsın və müvazinət təmin olunsun.

Ağciyər büzülən zaman balans necə qoruna bilər? 

Çünki molekulların hərəkət ərazisi kiçilir və onlar bir-birləri ilə daha sıx toqquşurlar. Bu da ağciyərin divarına molekullar tərəfindən edilən təzyiqi artırır. Beləliklə, içəridən təzyiq göstərən molekullarla xaricdən təzyiq göstərən molekullar bir-birini balanslaşdırana qədər daxili təzyiq artır. 

10 metrlik su dərinliyi əlavə olaraq 1 atmosfer təzyiqi üçün kifayət edir. Yəni, 10 metr dərinə üzsə belə balinanın ağciyərləri səthdəki həcminin yarısı qədərdir. Ağciyərlərinin divarına təzyiq göstərən molekullar isə 2 dəfə artmış və balans yaranmışdır. 

Balina dadlı şikarı kalmara isə ən yaxşı halda suyun 1000 metr dərinliyində rast gələ bilər. 1 kilometrlik su kütləsinin həcmi isə ağciyərlərin, səthdəki həcminin 100 dəfəsi qədər büzüşməyi deməkdir.

Nəhayət ki, balina dadlı kalmarın çıxardığı açar səslərdən birini eşidir. Büzülmüş ciyərləri və istiqamətini tapmaq üçün istifadə etdiyi radarla balina döyüşə hazırlaşır. Kalmar əlbəttə ki, bu döyüşə silahsız girməyəcək. O, yem olsa belə rəqibini bu döyüşdən ağır yaralarla çıxmağa məcbur edə bilər. 

Kaşalot balinasıyla kalmarın döyüşünü bu günədək heç kim görməyib. Amma ölü kaşalot balinalarının mədəsindən bol miqdarda kalmar dimdiyinin çıxdığı dəfələrlə müşahidə olunub. Dimdik kalmarın həzm olunmayan yeganə hissəsidir. Dolayı yolla, balinanın mədəsindən çıxan dimdik sayı ilə onun nə qədər kalmar yediyi müəyyən olunur. Çox vacib olmasa da…

Qarışıq molekul davranışlarını statistika ilə birləşdirdiyimiz zaman olduqca doğru və sadə ümumiləşdirmələr yaranır. Saysız-hesabsız molekulun, toqquşmanın və çox fərqli sürətlərin olduğu doğrudur, amma biraz əvvəl oxumağa başladığınız yazıdan çıxara biləcəyiniz cəmi 2 nəticə var: Molekulların hərəkət etdiyi sürət aralığı və onların ağciyər divarları ilə orta hesabla nə qədər toqquşduqları, eləcə də hər bir toqquşmanın sürəti təzyiqi müəyyən edir.