Süd Yolu qalaktikamız araşdırılmağı gözləyən dünyalarla doludur. Onların sayı milyardlarla ölçülür. 2014-cü ildə, planetimiz üçün ova çıxmış Kepler Kosmik Teleskopunun məlumat bazasını istifadə edən elm adamları 2500 işıq ili uzaqlıqda tapılan Günəşə oxşar ulduz Kepler-90-nın orbitində yeddi planet kəşf etmişdi. İndi isə bu sistemdə səkkizinci planet aşkar olunub. Bu planet ən çox məlumat ala biləcəyimiz planetdir, çünki birbaşa bizim Günəş Sistemimizlə oxşardır.

image

Və budur onun haqqında bilməyiniz vacibdir:

Onun adı Kepler-90i-dir!

Kepler-90i fışıltı ilə yanan, isti və qayalıq planetdir. Səkkiz planetin arasında ən kiçik ölçülərə sahibdir. Ulduzuna çox yaxın yerləşməklə onun orbitində fırlanır və bizim 1 ilimiz orada cəmi 14 gündür!

Kepler-90i-nin səthində orta səth temperaturunun 800 F° olduğu düşünülür ki, bu da həyat əlamətli olmadığını göstərir.

Kepler-90 ulduz sistemi bizim Günəş Sistemimizə çox bənzəyir!

Kepler-90 eynilə, bizim Günəş Sistemimizdə olduğu kimi ulduzuna yaxın kiçik planetlər və uzaqdakı böyük planetlərdən ibarətdir. Bu model Saturn və Yupiter kimi nəhəng qaz planetlərinin Günəşə olan uzaqlıqlarına bənzəyir.

Kepler-90 səkkiz planetə sahib olan, öz ulduzumuzun qonşuluğunda yerləşən ilk ulduz sistemidir, lakin elm adamları onun ilk və son olmayacağını düşünürlər. Kepler tərəfindən araşdırılan ulduzların ətrafında başqa planetlər də gizlənə bilər. Araşdırmaçılar Kepler teleskopunun məlumat bazasında təxminən 150.000 ulduzun olduğunu bildirirlər və komputer alqoritmləri ilə bu ulduzların öyrənilməsinə cəhd göstərirlər. Amma teleskoplarla daha çox axtaracağıq!

Kepler bugünə qədərki ən uğurlu planet ovlayan kosmik aparatdır.