2018-ci ilin son aylarında baş verən elmi hadisələrdən biri xeyli müzakirələrə səbəb oldu. Gen dəyişikliyinə uğrayan körpələr! Həkim He Jiankui iki körpəni genini dəyişdirərək dünyaya gətirmiş və körpələrin uzun illər müşahidə altında saxlanıldıqdan sonra HIV virusuna yoluxmadan yaşayacaqlarını qeyd etmişdi.

Gen dəyişikliyinə uğrayan körpələr
Gen dəyişikliyinə uğrayan körpələr

Doğumdan sonra elm dünyasının diqqətini çəkən Jiankui Honq Konqda qatıldığı konfransda peşman olmadığını və yeni araşdırmalar aparacağını bildirmişdi. Konfransdan sonra bir andaca Jiankui-nin Cənub Elm və Texnologiya Universitetinin qonaq salonunda əsir götürüldüyü xəbərləri yayıldı.

İlk genetik uyğunlaşmaya sahib insanlar

Ötən 2 həftəlik müddət ərzində Jiankui-nin gah ev həbsində olduğu, gah gizli təşkilatlar tərəfindən qaçırıldığı, gah da universitetin mühafizəçiləri tərəfindən elə universitetin özündə saxlanıldığı yazılırdı. Son gəzən xəbərlərə görə isə çinli elm adamı edam cəzasına məhkum edilib.

Universitetdə çalışan əməkdaşları Jiankui-yə qarşı yönələn bu ittihamlar haqda məlumat verməkdən çəkiniblər. Amma həkimin rəsmi və qeyri-rəsmi yollarla aradan götürüldüyü qeyd olunub.

İstinad: https://www.express.co.uk/news/science/1070042/china-news-he-jiankui-designer-baby-crispr-death-penalty