Insanları Mars’a göndərmək üçün hazırlanan raketlər haqqında maraqlı bir açıqlama gəldi. Kosmosda yeriyən ilk Kanadalı astronavt Chris Hadfield xüsusən Soyuz TMA-07M  layihəsindəki rəhbər vəzifəsi ilə tanınır. Kosmosda ümumilikdə 166 gün keçirən və hal-hazırda yaşı səbəbi ilə işindən ayrılan Hadfield, MasterClass adında bir saytda kosmos təcrübələrini, raketlər və digər məlumatlarını paylaşır. Business Insider‘a verdiyi reportajda bildirir ki, NASA’nın Space Launch‘ı, SpaceX’in Falcon Heavy və Blue Origin’in New Glenn raketləri insanları Marsa apara bilmək üçün yetərli deyil.

Hadfield‘a görə bu 3 raketin gücü və gediş vaxtının uzun olması bir çox problemə, riskə səbəb ola bilər. Köhnə astronavt vurğulayır ki, bu raketlər Marsa gedib çata biləcəklər, lakin çatdıqdan sonra ciddi problemlər yaranacaq. Əsas yarana biləcək problemlər radiasiya, aclıq və partlamalar ola bilərmiş. Həmçinin SpaceX’in sahibi olan Elon Musk da bildirmişdi ki, Mars’a ilk gediş çox riskli və ölümlərə səbəb olacaq. Görünür ki, Marsa ilk gediş üçün hələ zamana ehtiyac var. O vaxta qədər planetin səthinə robotlar göndərərək lazımi detalları toplamaq daha idealdır.