Vladimir Voevodski dünyaca məşhur riyaziyyatçılardandır. İrəli sürdüyü teoremləri və aldığı saysız-hesabsız mükafatları ilə tanınan Voevodski elm dünyasını 3 gün öncə qaranlığa qərq etdi. 
Riyaziyyat bir çoxlarının qorxulu yuxusu ola bilər, amma elmin əsas bünövrəsi sayılan rəqəmlər bütün dünyanı, kainatı və həyatı dərk etmək üçün özlərində böyük sirlər saxlayırlar. 
Vladimir Voevodksi apardığı araşdırmalarla Müasir Riyaziyyata və elmə töhfə vermiş insanlar arasındadır. O, Riyaziyyata ”Motivic homotopiya” teoremindən törəyən yeni sahələr qazandırdı və riyazi dillərə nəzarət etmək məqsədilə komputerlərdən yararlandı. Lakin ən önəmli uğuru digər riyaziyyatçıların yaxınlaşmağa cürət etmədiyi mövzuları araşdırmaq idi. 51 yaşında, hələ ki, açıqlanmayan səbəblərə görə ABŞ’ın Nyu-Cersi əyalətindəki evində cansız olaraq tapılıb. 
Voevodski hamımızın yaxından tanıdığı bərabərlik simvolunun (”=”) mənasını dəyişdirəcək araşdırmalar etmişdi. 2002-ci ildə riyazi teoremlərin digər sahələrdə istifadəsini artıran ”Riyazi Soxulcan Dəliyi” araşdırması ilə Riyaziyyat dünyasının ən prestijli mükafatlarından olan ”Fields” medalını qazandı. 
Özü standart qaydalara əməl edən və ya uğurlu bir şagird deyildi. Times agentliyinin xəbərinə görə Voevodski oxuduğu liseydən 3 dəfə xaric olunub. Bundan əlavə, akademik uğursuzluğu səbəbilə Moskva Universitetindən də atılıb. Daha sonra, Harvard universitetinə daxil olub və 1992-ci ildə uğurla məzun adını qazanıb. Voevodski ölümünə qədər Nyu Cersidəki ”İrəli Araşdırmalar İnstitutu”nda Riyaziyyat professoru olaraq işlərinə davam edib.
Ruhu şad olsun!