Multikainat haqqında danışmağa başlamazdan öncə multikainat haqqında bəzi anlayışları, məsələn, niyə onların var olduğunu düşündüyümüzü aydınlaşdıraq. İlk öncə belə bir sualla başlayaq: Niyə kainatımızın tək olduğunu düşünürük? Buna bir çox səbəb var. Məsələn: Böyük Partlayışda, xüsusilə kainatımızın o ilk anda böyük sürətlə genişləndiyi zaman sahib olduğu enerji bir kainatı yaratmaq üçün tələb ediləndən daha çox idi. Doğrudur, bunun başqa səbəbləri və nəticələri ola bilər, amma elm adamlarının ağlına gələn ilk şey, həddindən artıq enerjiyə sahib kainatın eynilə uşaq vaxtı sabunlu suya daha sürətlə üfürdüyümüz zaman bir neçə qabarcığın yaranması idi ki, bu da multikainatlar fikrini ortaya atdı. Bəziləri kainatımızda Böyük Partlayış nəzəriyyəsi ilə açıqlana bilməyən, Kosmik Arxafon Şüalanma xəritəsində görünən temperatur fərqinin kainatımızın digər kainatlarla təmasda olduğuna işarə etdiyini belə düşünür.

Hazırda multikainat nəzəriyyəsi o qədər də güclü bir nəzəriyyə sayılmasa da, təməlində güclü fiziki nəzəriyyələr yatır. Eyni zamanda bir-birindən müstəqil olaraq çox sayda fizik bu nəticəni əldə edib. Hətta bəzi fiziklər yeganə kainatın mövcud olma ehtimalının multikanatın var olma etimalından daha az olduğunu düşünürlər.

Aşağıda multikainat haqqında ən çox qəbul edilmiş 5 nəzəriyyə ilə tanış ola bilərsiniz.

Çoxlu kainat və ya Sonsuz kainatlar

Elm adamları fəza-zamanın hansı formaya sahib olduğundan tam əmin deyillər, amma kainatın sıxlığını və onun 1 dəyərinə yaxın olduğunu nəzərə alsaq, kainat böyük ehtimalla, kürə (qapalı kainat) və ya yəhərə bənzər (açıq kainat) formalarından fərqli olaraq düz və sonsuzluğa da bu formada uzanan haldadır. Lakin əgər fəza-zaman sonsuza qədər uzanırsa, hansısa nöqtədə özünü mütləq təkrarlamalıdır. Çünki zərrəciklər müxtəlif, amma limitli sayda kombinasiyalarla fəza-zamanda mövcud olurlar. Bu, bizi multikainat haqqında fikirləşməyə vadar edən ilk ipuclarından biridir.

Yəni, əgər kifayət qədər uzağa baxsanız, fərqli bir versiyanızla və hətta sonsuz sayda versiyanızla qarşılaşa bilərsiniz. Bu versiyaların bir qismi hal-hazırda sizin gördüyünüz işlərin eynisi görür, digərləri bu sabah sizin geyindiyinizdən fərqli bir ayaqqabı geyinəcək və başqa bir qrup isə fərqli işlərlə məşğul olacaq.

Müşahidə oluna bilən kainat cəmi 13.7 milyard il boyunca genişlənib, çünki işıq, Böyük Partlayışdan bu vaxta qədər sadəcə bu qədər yol qət edə bilib. Bu səbəbdən, həmin məsafənin sərhədlərindən kənardakı fəza-zamanın da özünə aid başqa bir kainata sahib olduğu düşünülə bilər. Beləliklə, Multikainatlar bir-birinin yanında sıra ilə düzülmüş halda mövcud ola bilərlər.

Qabarcıq Kainatlar

Tufts Universitetindən kosmoloq Alexander Vilenkin tərəfindən ilk dəfə irəli sürülən bu nəzəriyyə fəzada digər bölgələr şişməyə davam etdiyi halda, bəzi hissələrin şişməni dayandırdığını və nəticədə bir çox tənha qabarcıq kainatların yarandığını irəli sürür. Nəzəriyyənin multikainat haqqında təsəvvürü şəlalədə suyun müxtəlif maneələrə rast gələrək yaratdığı fərqli qabarcıqlara bənzəyir. Ən azından “Qabarcıq” mulltikainatlar haqqında düşündüyünüzdə ağlınızda belə təsəvvür edə bilərsiniz.

Bu nəzəriyyəyə görə şişmənin başa çatdığı ulduzların və qalaktikaların yarandığı kainatımız, bizimki kimi digər qabarcıqları da təşkil edən və hələ də bəzilərinin şişməkdə olduğu geniş kosmos dənizində kiçik bir qabarcıqdır. Bu kainatların bəzilərində fizika qanunları və əsas sabitlər bizimkindən fərqli ola bilər ki, bu da bəzi kainatları həqiqətən qəribə məkanlara çevirə bilər.

Multikainat haqqında 5 nəzəriyyə: Qabarcıq kainatlar

Paralel Kainatlar

String nəzəriyyəsindən çıxan başqa bir fikir isə Prinston Universitetindən Paul Staynart və nəzəri fizik Neyl Turok tərəfindən irəli sürülən, eləcə də bizim kainatımızdan uzaqda, ətrafımızda dolaşan paralel kainat fikridir. Bu fikir bildiyimiz fəzadan və zamandan fərqli olaraq çoxlu ölçülərin olma ehtimalından qaynaqlanır. Multikainat haqqında yuxarıda bəhs etdiyimiz nəzəriyyələrdən fərqli olaraq, bu nəzəriyyə digər multikainatlar haqqında daha fərqli bir görüntü irəli sürür.

Kolumbia Universitetdən fizik Brayn Qrin bu fikri kainatımızın daha yüksək ölçülü kosmosda üzən saysız-hesabsız təbəqələrdən biri olması ilə izah edir. Bu nəzəriyyə ilə bağlı başqa bir fikir isə bu çoxqatlı kainatların hər zaman paralel və əlçatmaz olmadığını irəli sürür. Buna görə bu təbəqələr bəzən bir-biri ilə toqquşaraq müntəzəm olaraq Böyük Partlayış yaradır və kainatları dəfələrlə yenidən başladır.

Qonşu Kainatlar 

Subatom dünyasına hökm edən Kvant Mexanikası Nəzəriyyəsi Multikainatın yarana biləcəyi başqa bir alternativ təklif edir. Kvant Mexanikası dəqiq nəticələrdən başqa, ehtimallardan da bəhs edir və bu nəzəriyyəsinin riyazi mexanizmi bir halın ehtimal olunan nəticələrinin onlara aid başqa kainatlarda üzə çıxa biləcəyini deyir. Məsələn; sağa və ya sola gedə biləcəyiniz qovşağa gəldiyiniz zaman yaşadığınız kainat sizə iki başqa kainat verə bilər: sağa getdiyiniz kainat / sola getdiyiniz kainat.

Qrin ”Gizlənmiş Reallıq” (The Hidden Reality) kitabında ”Kainatların hər birində fərqli nəticələrlə qarşılaşan oxşarınız var və hamısında da öz mövcudluğunuzu yeganə mövcudluq kimi düşünürsünüz” – deyir. İndi, bu yazının bu qismində oxumağı dayandırıb özünüzə sual verin: “Yazını oxumağa davam etməliyəmmi?. Artıq verəcəyiniz cavabdan asılı olmadan multikainat yaratdınız. İndi isə əgər bu nəzəriyyə doğrudursa, bir neçə dəqiqə sonra yaradacağınız multikainat haqqında düşünün.

Riyazi Kainatlar

Alimlər riyaziyyatın sadəcə kainatı təsvir etmək üçün yararlı bir vasitə olub-olmadığı və ya riyaziyyatın özünün təməl reallıq olub-olmadığı və kainat barədə müşahidələrimizin sadəcə onun əsl riyazi təbiətinin qüsurlu bir parçası olduğu haqqında müzakirələr ediblər. Bəlkə də kainatımızda mövcud olan riyaziyyat yeganə riyaziyyat deyil, digər kainatlar da özlərinə məxsus riyaziyyata sahibdir. Yəni, fəzada öz xüsusi riyazi elminə sahib başqa kainatlar var. Əgər belədirsə və bu riyaziyyatın sirlərinə vaqif ola bilməyəcəyiksə, multikainat haqqında daha çox şey öyrənə bilməyimiz bir qədər şübhəli görünür.

Multikanat haqqında nəticə

Bu yazıda təqdim etdiyimiz nəzəriyyələr multikainat haqqında irəli sürülmüş saysız fikirlərdən sadəcə bəziləridir. Eyni zamanda bunlar sadəcə fikirdən ibarət deyil, bu nəzəriyyələrin arxasında güclü riyazi modellər dayanır. Məsələn: modellərin birinə görə bizim kainat da daxil olmaq üzərə 10 üzəri 500 sayda kainat mövcuddur. Və hələ sadəcə bununla da bilmir. Fizik Riçard Feynmana görə özümüzdən aslı olmayaraq daka kiçik ölçülü kainatlar yaratma ehtimalımız belə var. Elmin inkişafı ilə birlikdə gələcəkdə artıq kainatda yalnız olub-olmadığımız sualına deyil, multikainatda sadəcə içində həyat olan kainatın bizim olub-olmadığı haqqında düşünə bilərik.

İstinad: Space.com