2016-cı ilin sentyabrında səyahətinə başlayan OSIRIS-REx adlı kosmik cihaz Yerə qayıtmazdan əvvəl Bennu asteroidindən müxtəlif nümunələri də özü ilə gətirəcək. NASA bu tarixi görüşü canlı yayımlayacaq.

Texniki olaraq eniş etməyən cihaz yarpağa oxşar lövhələrdən istifadə edərək asteroidin səthində toz qaldıracaq və bu tozlardan nümunələr əldə edəcək. Bundan başqa, asteroidin kütləsi, fırlanma sürəti və quruluşu da araşdırılacaq. 

800 milyon dollarlıq layihə 2023-cü ildə Bennudan alınmış nümunələrin dünyaya gətirilməsi ilə yekunlaşacaq. Bu nümunələri araşdıran elm adamları Yerdə həyatın necə başlaya biləcəyi ilə bağlı yeni məlumatlar əldə edə bilərlər.

Bennu asteroidinin az da olsa Yerə dəymə ehtimalı var. Amma bu toqquşma 2175-ci ildən tez ola bilməz.