NASA-nın The Parker Solar Probe adlı kosmik aparatı uzun müddətdir Günəşə edəcəyi sayahət üçün hazırlaşır. Günəşə ilk dəfə bu qədər yaxınlaşacağımız missiyanın nəticələri qalaktikamıza aid öyrəndiyimiz bir çox məlumatları təkmilləşdirəcək. Günəşin 6 milyon km yaxınlığına gedəcək kosmik aparat bu məsafədə 1300 dərəcə istiliklə mübarizə aparacaq.

Cihazın əldə edəcəyi məlumatlarla öz Günəş Sistemimizə aid bəzi sualları da cavablayacağımızı düşünürük. Kosmik aparat 11 avqust tarixində saatda 692.000 km sürətlə yola düşəcək.

Missiya nəticəsində əldə ediləcək məlumatlar sayəsində Günəşdə baş verən partlayışların Yerə təsiri, Günəşi əhatə edən plazmanın niyə ulduzun özündən daha isti olması kimi suallara da cavab tapılacaq. Missiya sadəcə NASA və ABŞ üçün yox, bütün elm dünyası üçün olduqca vacibdir. Hal-hazırda gözlərimizi NASA-nın bu missiya haqqında paylaşacağı ən xırda xəbərə belə zilləmişik. Səbəbi də çox sadədir:

Günəşə heç vaxt bu missiyadakı kimi yaxınlaşmamışıq.