1943-cü ildə ABŞ ordusu Normandiya sahillərinə qoşun göndərmək planı hazırlayarkən, yüksək rütbəli zabitlər Nasist Almaniyası ordusunun fikrini yayındırmaq üçün dezinformasiya yaymaq istədilər. Əgər alman ordusu dezinformasiyaya inanıb mövqelərini tərk etsəydi, döyüşlərdə çox sayda müttəfiq əsgərin həyatı xilas olacaqdı. Ənənəvi taktikalar yerinə, ordu fərqli bir şey etmək qərarına gəldi. 23-cü Qərərgahın tərkibində xüsusi qoşun növü yaradıldı və “Kabus ordusu” adlandırıldı. Qoşunun tərkibinə 1000-ə yaxın rəssam, aktyor, audio-mütəxəsis, reklamçılar və s. yaradıcı peşə sahibləri xidmətə alındı.

Xüsusi təlimlər gördükdən sonra 1944-cü ildə Fransaya enən Kabus ordusu, Nasist Almaniyası ordusunu aldatmaqdan ötrü hər cür həmlələrə əl atdı, saxta artilleriya meydançası yaratmaqdan tutmuş, içkili əsgərlərin “səhvən” hərbi sirri verməsinə qədər.

Atom bombası atılsa hansı canlı sağ qalar?

Ordunun ən böyük əməliyyatlarından biri “Fil əməliyyatı” hesab olunur. ABŞ ordusunun 2-ci Zirehli Diviziyasının uniformalarını geyinən aktyorlar hava ilə şişirdilmiş süni tanklar, ciplər və xüsusi audio cihazlarla alman hərbi qərargahını aldadaraq, guya 30 minlik ordunun hücuma hazırlaşdığı görüntüsünü verməyə nail olmuşdular. Nasist Almaniyası saxta ordunun dalınca düşərkən həqiqi 2-ci diviziya isə əməliyyat tapşırığını yerinə yetirmişdi. Kabus ordusu 20-yə yaxın bu cür aldatma əməliyyatı həyata keçirmişdir və güman olunur ki, bu əməliyyatlar 30 minə yaxın əsgərin həyatını xilas etmişdir. Qrupun bu şücaətlərinə baxmayaraq, məxfilik səbəbilə əməliyyatlar 1996-cı ilə qədər gizli saxlanılmışdır.

http://history.howstuffworks.com