Fundamental zərrəcik növü sayılan kvarklar hələ də müəyyən qrup fiziklər tərəfindən araşdırılır. Kimyada olduğu kimi, fizikada da dövri sistem cədvəli (Elementar Zərrəciklərin Standart Modeli) var. Ancaq fizikada bu cədvəl kimyəvi elementlər haqqında deyil və atomların nələrdən qurulduğunu göstərir. Həmin fiziklərin araşdırmaları isə elə bu dövri sistem cədvəlinin daha da dəqiqləşdirilməsi üçündür.

standard model of elementary particles ile ilgili görsel sonucu
Elementar Zərrəciklərin Standart Modeli

 

Bu cədvəlin dərinliklərində isə maddə və sahə zərrəciklərinin təkrarolunmaz düzülüşü ilə yaranan naməlum zərrəciklər yatır. Cədvəlin dərinliklərində yatan elementlərdən ən maraqlısı isə 118 protondan ibarət və atom kütləsi 300 daltondan daha az olan Oqaneson-dur.

 

 

 

 

Biz hələ də daha çox proton və neytronların düzülüşü ilə yarana biləcək digər elementlər haqqında heçnə deyə bilmirik. Çünki onlar yalnız bir göz qırpması müddəti qədər sabit qala bilir. Ancaq bütün praktik tərəflərdən, onlar hələ kəşf olunmayıb.

Toronto Universitetindən olan fiziklərin son araşdırmasına görə atomların proton və neytronlarını əmələ gətirən zərrəciklər ifrat hallarda aralarındakı əlaqələri qıra bilərlər. Ancaq bu zaman onlar yenə də atomun parçalanmaması üçün yetərli dayanıqlılığı saxlaya bilirlər.

Kvark növləri

Kvark adlanan bu zərrəciklərin 6 qəribə adlı növü var: yuxarı, aşağı, ovsun, qəribə, alt və üst. Protonlar iki yuxarı və bir aşağı tipli zərrəcikdən ibarətdir. Neytonlarda isə iki aşağı və bir yuxarı zərrəcik var.

Kvarkların quruluşu sadəcə bu konfiqurasiyalarla məhdudlaşmasa da digər düzülüşlərin tapılması da nadir hallarda baş verir. Bunun isə səbəbi onların çox azının kifayət qədər müddət ərzində dayanıqlı (az dayanıqlı zərrəcikləri müşahidə etmək daha çətindir) şəkildə qalmasıdır.

 

Təxminən 30 il əvvəl Eduard Vitten adlı fizik neytron ulduzda olduğu kimi yetərli təzyiq yarandığı halda üç-üç yığılan kvarklarda enerji saxlayıcı kombinasiyası vasitəsilə balansı qorumağın mümkünlüyünü təklif etmişdi.

Bu “qəribə kvark materiyası” (və ya QKM) nisbətən eyni sayda olan yuxarı, aşağı və qəribə kvarklardan (ancaq üç kvarkdan yox, çoxlu uğultulu zərrəciklərdən) ibarətdir.

Proton və neytronlarda olan yuxarı və aşağı kvarklar bir-birilə yaxşı yola getdiyindən onlar qruplaşır. Bu faktı nəzərə aldıqda isə bu iki kvarkı bir-birinə qarışdırmaq üçün lazım olan qəribə kvarklar olmadan kvark materiyasını yaratmaq fikri rədd edilirdi.

Ancaq bir neçə fizik  (Bob Holdom, Cinq Ren və Çen Zanq) hesablamalar nəticəsində yuxarı-aşağı kvark materiyasının (YAKM) nəinki yalnız mümkün olmasını, həm də digər konfiqurasiyalardan daha üstün olduğunu ortaya çıxardı.

“Fiziklər on illərdir ki, QKM-nı axtarırdılar” deyən Liza Ziga “Nəticələrimizə görə isə çoxlu axtarışlar səhv yerlərdə aparılıb” deyə Phys.org saytına müsahibəsində bildirib.

 

Mənbə: https://www.sciencealert.com/lower-ground-state-up-down-quark-matter-indicates-search-limits