Kosmosun ölçülərini nəzərə aldıqda okeanlar haqqında əldə etdiyimiz məlumatların daha çox olduğunu düşünə bilərik. 

Amma bu doğrudurmu?

Okeanlar haqqında bildiklərimiz, bilib kəşf edə biləcəyimiz kosmos haqqında öyrəndiklərimizlə müqayisə olunduqda çox-çox kiçik görünür. 1966-cı ildən bəri Ay səthinə 12 kosmonavt göndərilib, amma okeanın ən dərin nöqtəsi sayılan Marian çökəkliyinə cəmi 3 nəfər çata bilib. Hətta biraz da dəqiqləşdirsək, əminliklə deyə bilərik ki, Yerin 80%-ni əhatə edən okeanların 95%-ni hələ də kəşf edə bilməmişik. 

Bu rəqəm sizi yanıltmasın, çünki bütün okeanların səthi xəritələnib. Amma bir məsələ də var ki, 5 km dərinlikdən daha artığını görə bilmirik. Həmin bölgələrin xüsusiyyətləri bizə məlum deyil. Təbii ki, səth xəritələndirməsini də kifayət qədər uğurlu saymaq olmaz. Xəritələndirmədə istifadə olunan radarlar bizə səthdəki dağlar və çökəkliklər haqqında məlumat verir. Bu olduqca uğurlu addımdır, lakin okean səthinin xəritələri hələ ki, hansısa planetin səthi kimi ətraflı məlumatlar vermir. Elm adamları yüksək keyfiyyətli görüntü radarlarından istifadə edərək okean səthinin cəmi 0.05%-ni sözün əsl mənasında kəşf etməyə nail olublar. 

Bu halda yeni bir sual yaranır; İnsanlar niyə kosmosun kəşfini okeanların kəşfindən daha böyük hədəf kimi görürlər? Bu sualın cavabı kəşfin hər bir cəhətdən əlçatan olması ilə bağlıdır. Təbii ki, kosmik roketə sahib olmaq və ya kosmosda kəşflər etmək asan deyil. Lakin 50 böyük sərnişin təyyarəsi üstümüzdəymiş kimi təzyiq altında okean dibini kəşf etmək də asan deyil. Okeanlar kosmosla müqayisədə olduqca qaranlıq və qeyri-müəyyəndirlər.

Nəticə nə olur-olsun, bugün qaranlıq okeanlarda hansı hadisələrin baş verməsi çoxumuzu maraqlandırır. Ümid edək ki, bu məsələ ilə bağlı yaxın illərdə çox böyük addımlar atılacaq və həm öz planetimizi, həm də planetimizdən kənardakı dünyaları öyrənməyə çalışacağıq.


QEYD: Elm Azərbaycan KitabAl platforması ilə iş birliyi çərçivəsində ərsəyə gətirdiyi ”7 qısa izahla Fizika” kitabını oxucularına təqdim edir! Kitab 18 fevral tarixində təqdim olunub və 20% endirimlə satılır. Kitabı əldə etmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz:

LİNK:   http://kitabal.az/book.php?book=1539