13 rəqəmi, qara pişiklər, sınmış güzgülər və ya nərdivan altından keçmək. Əgər siz də cəmiyyətimizin təxminən 70%-i kimi bu cür batil inanclara sahibsinizsə, yuxarıda sadaladıqlarımızdan çəkinirsiniz. Hətta özünüzü xüsusilə batil inanclara məhəl qoymayan biri kimi təqdim etsəniz də evinizin bir küncündə göz muncuğu saxlaya bilərsiniz.

Batil inanclar

Onda sual olunur ki, batil inanc nədir?

Hər nə qədər batil inancın xüsusi izahı olmasa da o əsasən fövqəltəbii qüvvələrə inanmaq – qismət kimi – öncədən qeyri-müəyyən faktorlara təsir etmək və onları həll etmək mənasını verir. Beləliklə də fərdi inanclar və təcrübələr batil inanclara istiqamətlənməni üzə çıxarır; bu da niyə əsasən irrasional olduqlarını və günümüzün elm dünyasına əks gəldiklərini açıqlayır.

Dövrümüzdə artıq elmin və rasional düşüncənin dəyərini çoxumuz dərk edirik. Bəs elədirsə, niyə hələ də batil inanclara inanırıq?

Çikaqo Universitetindən professor Jane Risen batil inancların sadəcə fərdlərin zehni əksikliyi ilə bağlı olmadığını deyir. Halbuki insanların bir çoxu fərqli-fərqli batil inanclara inanır. Bu insanların hamısının zehni problemi olduğunu demək haqsızlıq olar. Əslində niyə batil inanclara inandığımızı bir neçə faktorla açıqlamaq mümkündür.

Nobel mükafatçısı Daniel Kahnemann batil inancların mənbəyində düşüncə təmbəlliyinin dayandığını deyir: ”Ehtimallarla bağlı məcburedici düşüncələrdənsə batil inanclara inanmaq daha asandır.” Jane Risen də bu fikri dəstəkləyir və insanların batil inancların doğru olmadığını bilsələr də boyun əydiklərini iddia edir.

Əsas sual niyə batil inanclara inanırıq?

  • Bir çox insan həzz üçün batil inanclara inanır. Rasional olmayan bəzi şeylərə inanmağın da əyləncəli tərəfləri var.
  • Batil inanclara inanmaq nələrisə nəzarət altında saxladığımızı düşünməyimizə səbəb olur. Nərdivanın altından keçmədiyimiz zaman təhlükədə olmadığımızı düşünərək dəyə biləcək mümkün zərərlərə qarşı özümüzü siğortaladığımızı düşünürük.
  • Heç kim batil inanclarının doğruluğunu müdafiə edə bilməz. Batil inanclarımız sorğulandığı zaman hamımızın ilk dediyi şey ”Əşi qoy göz muncuğu qalsın da orada, itirəcək nəyimiz var ki” cümləsi olur. Halbuki bəlkə də batil inanclardan xilas olaraq bir çox şeylər qazana bilərik.

Batil inanclara inamağımızla bağlı çox maraqlı bir sorğu keçirilib. Məlum olub ki, sorğuya əsasən 24% insan nəzərdən qorunmaq üçün taxtanı taqqıldadır.

13% insan – Qara pişiyin önündən keçməyini…

12% insan – Nərdivanın altından keçməyi…

11% insan – Güzgünün qırılmasını…

9% insan – 13 rəqəmini uğursuzluq hesab edir…