Çernobıl AES necə partladı? İstehsalı ucuz və yenilənən olan nüvə enerjisi 0.5 sm diametrdə qranul halına salınmış uraniumlardan istifadə edilərək əldə olunur. Bu uranium qranulları nüvə reaktoruna yerləşdirilir və nizamlı formada reaksiyaya girir. Neytronla bombardmana uğrayan atom nüvələri parçalanır və bu reaksiyaya Fisyon, yəni ayrılma reaksiyası deyilir. Reaksiya nəticəsində bir neçə dənə neytron və həm də enerji üzə çıxır.

Üzə çıxan bu istilik enerjisi təzyiq altındakı suya köçürülür və reaktorda isidilən su, borular vasitəsilə buxar yaradan mərkəzə göndərilir. Bu mərkəzdə əmələ gələn buxar isə turbinlərə gedir və elektrik əldə olunur.

Atom Enerji Stansiyası deyildikdə ilk dəfə ağlımıza gələn Çernobıl da öz yaratdığı enerjidən istifadə edirdi. Ta ki, 26 aprel 1986-cı il gecəyarısı atom stansiyasının 4-cü reaktorundakı partlayışadək.

Bəs həmin gecə nə baş verdi?

Həmin gecə Çernobıl AES-in işçiləri fövqəladə vəziyyət zamanı köməkçi generatorun dövrəyə girməsinədək olan müddətdə stansiyanın işləyib-işləməyəcəyini yoxlamaq istəyirdi. Yoxlamaq üçün növbətçi işçi enerjini mərhələləli olaraq azaltdı və müəyyən müddət sonra reaktorlardakı enerji səviyyələri anidən aşağı düşdü. Növbətçi bu vəziyyətdə enerjini yüksəltmək üçün uranium qranullarına nəzarət edən nəzarət mexanizmlərini dövrədən çıxardı və reaktorun işlədiyini düşündü. Füzyon

Süni elektrik kəsintisində əsas su pompaları dayanacaqdı və təhlükəsizlik baxımından əlavə su olmalı idi. Bu səbəblə də başqa bir işçi iki ədəd köməkçi su pompasını dövrəyə qoşdu ki, bu da reaktora suyun sürətli və normadan çox axmasına səbəb oldu. Bu da vəziyyəti gərginləşdirdi, çünki yanacaq mexanizmlərinə su axını çoxaldıqca daha az buxar əldə edildi. Bundan başqa, su pompaları öz turbinlərindən çıxan elektriklə işləyirdi ki, bu vəziyyətdə turbinləri işlətməyə kifayət edəcək qədər buxar yox idi. Vəziyyətdən agah olan növbətçi işçi buxar hazırlanan mərkəzə su pompaladı. Bura buxar və su səviyyəsinin tarazlıqda saxlanıldığı hissə idi və yenidən reaksiya mərkəzinə həddindən çox su girmişdi, eləcə də az miqdarda buxar yaranmasına səbəbiyyət verildi. Köməkçi su pompalarını dövrəyə salan işçi buxar yaranan mərkəzə həddindən çox su getdiyinin fərqinə vardı və suyu bağladı.

İstiliyi tarazlıqda saxlamaq mümkün olmadı, elə bu səbəblə də reaksiya mərkəzi isinməyə başladı.

Davam edən yoxlama müddətində turbinlər bağlandı və anidən reaktordakı enerji səviyyəsi yüksəldi, yanacaq çənləri istidən çat verdi, normadan 100 dəfə daha çox isinən 4-cü reaktor isə partladı. Baş verən partlayış nəticəsində 2000 tonluq polad reaktor qapağı havaya uçdu. Daha sonra 8 ton radioaktiv yanacaq da 1 km məsafəyə saçıldı.

Baş verən yanğından sonra hadisə yerinə gələn yanğınsöndürənlər hansı növ yanğına qarşı mübarizə apardıqlarını bilmədən müdaxilə etdilər və bir müddət sonra huş itirmə və ürək bulanma kimi hallar yaşadılar. Həmin gün nüvə yanğınına birbaşa müdaxilə edən 69 yanğınsöndürəndən 32-i həyatını itirdi.

Çernobıl AES-ə ən yaxın qəsəbə Pripiat təxliyə edildi. 5000 tonluq kimyəvi maddə radioaktiv maddəni əmsin deyə 1800 helikopterlə havadan buraxıldı. Əsgərlər 30 kiloqramlıq xüsusi geyimdən istifadə etdilər və 3 dəqiqəlik səydən sonra partlamış reaktoru dağılan mərkəzə daşımağa nail oldular. 206 gün sonra reaktor qalın betonlarla örtüldü. Hələ də örtülən reaktorun içində 200 tonluq uranium və təxminən 1 tonluq plutonium var.


İstinad: www.aljazeera.com