Elm adamları nüvə yanacağı əldə etmək üçün yeni və daha təbii bir yol tapıblar- Okean suları. Bu sularda olan mineral maddələri süzüb Uranium adlı nüvə yanacaq maddəsini hazırlamaq mümkün olub. Xüsusi olaraq hazırlanmış liflər hesabına Okean Dəniz sularından lazım olan maddələri süzərək 5 qr toz halında Uranium-Oksid əldə ediblər. Pacific Northwest National Laboratory‘də işləyən Garry Gille görə nəhayət ki, dünyanın ən böyük uranium mənbəyinin Okean suları olduğu anlaşılacaq.

 

 

 

Uranium haqqında araşdırma aparan elm adamlarına görə, Okean sularında 4 milyard tona yaxın uranium tozu əldə etmək üçün maddələr var. Bu nisbət torpaqda olan Uraniumdan 500 dəfə çoxdur.

Bu üsulu istifadə etmək üçün PNNL şirkəti Amerikada LCW laboratoriyalarındakı elm adamları ilə birliktə işlədilər. Bu şirkətdəki elm adamları dəniz və okean suyundakı təbii halda uranium tərkiblərini süzə bilmək üçün xüsusi liflər hazırladılar. PNNL şirkəti isə bu lifləri xüsusi testlər vasitəsilə yoxlayaraq müsbət nəticələr əldə etdi. Lifin hazırlanma prosesində isə ətrafı müxtəlif maddələr ilə zənginləşdirilən ipliklər dəniz suyu ilə təmasda olduqdan bir müddət sonra toz halında uraniumun əldə olunması üçün lazım olan maddələri süzərək ayırdı. Şirkət rəsmilərinin açıqlamalarına görə,əslində bu cür texnikalar daha öncə də var idi, lakin təkminləşdirilmədiyi üçün istifadə edilmirdi. Ayrıca qeyd edildi ki, qarşımızda sonsuz nüvə yanacağına yetəcək qədər mənbə var.