Elm Azərbaycan elmi platforması olaraq biz, 6 may 2018-ci il tarixində Hədəf liseyinin təşkilati dəstəyi ilə ilk irihəcmli (80 nəfər) tədbirimizi keçirdik. Tədbirin ”Mənə dəli deyirdilər” kimi adlandırılması təsadüfi deyildi. Çünki bu tarixdə həm də Con Monahanın yazdığı ”Mənə dəli deyirdilər” kitabını təqdim etdik.

 Tədbiri platformanın təsisçisi Orxan Oğuz açıq elan etdikdən sonra tanınmış fizik Yalçın İslamzadə, Hədəf elmi-interaktiv muzeyinin qurucusu Elçin Abbasov və gənc yazar Kamran Nəsir müxtəlif mövzularda çıxışlar etdilər. Daha sonra, tədbir azərbaycan dilinə səsləndirilmiş sənədli filmlə davam etdi:

   Qeyd edək ki, bu Elm Azərbaycan platformasının azərbaycan dilinə səsləndirdiyi sayca 4-cü sənədli film idi. Digər sənədli filmlər buradahttps://www.youtube.com/channel/UCBQtR4GB_zI0UNDUI2P0s3w

   Sonuncu mərhələdə iştirakçılar ölkədə yaradılmış ilk interaktiv elm muzeyi ilə tanış oldular. Muzeyin təsisçisi Elçin Abbasov böyük enerji ilə bütün iştirakçıları muzeylə tanış edir onlara müxtəlif eksponatlar haqqında ətraflı izahlar verirdi. 

Tədbir təxminən 3 saat davam etdi və sonda xatirə şəkili çəkildi:

Tədbirlə bağlı 1 dəqiqəlik videomaterial:

   Qeyd edək ki, Elm Azərbaycan platformasına dəstək olmaq məqsədilə yenicə çapdan çıxmış Con Monahanın ”Mənə dəli deyirdilər” kitabını əldə etmək üçün 0516888559 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. (Qiyməti: 5.5 AZN)