Elm Azərbaycan elmi platforması olaraq növbəti irimiqyaslı layihəmizi təqdim edirik!

Bu dəfə ölkəmizin ilk və ən böyük elm düşərgəsini təşkil etmək üçün Azərbaycanın dilbər guşələrindən biri sayılan Oğuz rayonuna yollanırıq! Əvvəla qeyd edək ki, bu düşərgə ötən il təşkil etdiyimiz Şamaxı Astronomiya Düşərgəsindən kəskin dərəcədə fərqlənəcək və proqramının zənginliyi ilə yadda qalacaq. Düşərgənin təhlükəsizliyi üçün bütün lazımi tədbirlər görüləcək. Bunun üçün Oğuz Oteli rəhbərliyi və işçi heyəti tərəfindən yüksək səviyyədə dəstək verilir.

Düşərgənin proqramı belədir:
– 8:30-da Gənclik m/s-da yığışırıq, 9:00-dan gec olmamaq şərtilə yola düşürük
– 4.5 saatlıq yol boyunca müxtəlif söhbətlər və müzakirələr baş tutur
– Oğuz şəhərində yerləşən Oğuz Otelə çatdıqdan sonra 1.5-2 saat boyunca günorta yeməyi yeyib (Proqrama daxil olmayan) ərazi (İstirahət mərkəzinin kamp ərazisi) ilə tanış oluruq və hər kəs üçün xüsusi ayrılmış çadırlara yerləşirik.
– 16:00-da proqramın bir hissəsi olan çox maraqlı kimya təcrübələrinə başlayırıq, mikroskoplarla müşahidələr aparırıq.
– Təxminən saat 19:00-da axşam yeməyi üçün toplaşırıq (Proqrama daxil olan)
– 20:00-dan etibarən proqramımızın Astronomiya hissəsinə keçid edirik. Əvvəlcə maraqlı diskussiya aparırıq, daha sonra isə mövcud teleskoplarla səmanı müşahidə edirik. (Xüsusi seçilmiş musiqilər altında, tonqal ətrafında söhbət və s.) Səhər Günəş görünənə və planetlər gözdən itənə qədər bu davam edəcək. (Arzu edən, onun üçün ayrılmış çadırda istirahət edə bilər)
– Səhər saat 09:00-dan etibarən səhər yeməyi üçün (Proqrama daxil olan) toplaşırıq.
– Saat 10:00-da Oğuz rayonunun çox da tanınmayan, amma tanınmadığı qədər də möhtəşəm olan Quruçay şəlaləsinə doğru yola düşürük.
– 13:00 / Qayıdıb yorğunluğumuzu aldıqdan və günorta yeməyini yedikdən sonra (Proqrama daxil olan) avtobusa oturub Bakıya yollanırıq

Daha ətraflı məlumat əldə etmək üçün: 0516888559 (zəng), 0555698933 (whatsapp) Orkhan Oguz / facebook hesab 

Event: Eventin linki

Qeydiyyat: Google Form-da qeydiyyatdan keçin


 

QEYD: PROQRAMLA BAĞLI DƏYİŞİKLİKLƏR NƏZƏRDƏ TUTULUR