Ağciyər xərçəngi səbəbilə həyatını itirən Zhan Wenlian və həyat yoldaşı Gui Junmin bədənlərini kriogenik prosesə fəda etdilər. Mirror UK telekanalına danışan həkimləri ”Həyati əhəmiyyətli baxış” olaraq adlandırdığı kriogenik fikrinin çox dahiyanə olduğunu bildirdi. Kriogenik, yeni ölmüş bədənin (və ya sadəcə beynin) bir gün yenidən diriləcəyi ümidiylə dondurulması prosesinə verilən elmi addır. Bu proses ciddi elmi kəşf və araşdırmalarla yanaşı, həm də mifologiya və ənənəvi saxta inanclara istinad etmişdir.
 

Nə qədər qəribə səslənsə də ilk dəfə 2 insan bədəni kriogenik olaraq donduruldu. 2000 litr maye azotun içərisində ağzıüstə yatan Wenlianın bədəninə tətbiq olunan proses Yinfeng Biological Group, Qilu Hospital Shandong Universiteti və qazanc məqsədi güdməyini bildirən ABŞ şirkəti Alcar Life Extension Fondunun köməyilə icra olundu.

Bir çoxları bu prosesin yararsız olacağını düşünsələr də ağılda qalan bəzi suallara cavab vermək lazımdır. Buna oxşar bir layihə elmi baxımdan necə mümkün ola bilər? Bu sadəcə insan biologiyasını anlamağımıza təkan verən bir təcrübədirmi, yoxsa kriogenik bir gün uğurla nəticələnə bilərmi?

Ölümün Gələcəyi

Kriogenik proses bütünlüklə düzgün vaxt bölgüsünə bağlıdır. Bu proses zamanı ölən insanların bədənləri ürək fəaliyyəti dayandıqdan sonra kriogenik olaraq dondurulur. Dondurmaq sözü əslində, səhv başa düşülməməlidir, çünki kriogenik dondurma əslində, buz kristalının yaranmasına mane olur. Çünki buz kristalları bədən toxumasının hüceyrələrinə ziyan vurur. Dondurmaq əvəzinə sürətli soyutma prosesi demək daha doğru olar. Qliserol və Propandiol kimi qoruyucu kimyəvi qarışıqlara antifiliz qruplaşmalarının da əlavə olunduğu prosesdə istifadə olunan bu kimyəvi maddələr bədənin çürüməsinə mane olur.

Kriogenik qorumanın məqsədi bədənlərin nə vaxtsa həll olaraq hüceyrə səviyyəsində yenidən canlanmasıdır.

Mövcud anlayışımız və istifadə etdiyimiz texnologiya ilə ölümü bütünlükdə tərsinə çevirmək mümkün deyil. Kriogenik proses hər nə qədər qısa da olsa bu kritik dövr ərzində öz işini layiqincə görür, ölümün boz sahədən ibarət olduğu inancı daxilində!

Ölümü hələ ki, canlandırmağımız mümkün görünmür. Çindəki ilk tətbiqi kriogenik proses bu sahədə araşdırma aparan hər kəs üçün böyük addımdır.