Plastik pəncərə və qapılarda yay/qış rejimlərinin olduğunu bilirdinizmi? İstehsalçıların sözlərinə görə qış rejiminə keçid edərək soyuq günlərdə evin ümumi temperaturunu artırmaq olar. Bəs qış rejiminə necə keçilməlidir?

Əksər vətəndaşlar plastik qapı və pəncərələrin yay/qış rejiminə sahib olduqlarından xəbərsizdirlər. Amma bu üstünlük evin temperaturunu fəsilə görə nizamlamağa xidmət edir. Və təbii ki, fəsil qış, pəncərə yay rejimində olsa bu istilik sisteminizin daha çox çalışması və daha çox enerji sərf etməsi deməkdir.

İstehsalçılar bildirirlər ki, bu funksiyanı qış rejiminə keçirməklə soyuq havalarda evinizin istiliyini 20% artıra bilərsiniz. Əgər pəncərə və ya qapınızı qış rejiminə keçirmiş, amma temperaturda fərq hiss etmirsinizsə deməli plastik pəncərə və qapınızın rezinində problem var. Çox vaxt pəncərə və qapı rezinləri əllə taxılma olur. Bu isə onların tez sıradan çıxmasına səbəb olur.