Sizlərə bu yazımda, tarixin qədim dövrlərindən bu günümüzə kimi gəlib çıxmış, hələ də davam etməkdə olan, müəyyən regionlarda qadınlara qarşı vəhşicəsinə həyata keçirilən qadın sünnəti adlı iyrənc bir adətdən danışacağam – bəli, yanlış eşitmədiniz, qadın sünnətindən!

Qadın sünnəti nədir ?

Qadın sünnəti, qadın cinsiyyət orqanında, elmi-tibbi dildə “klitor” adlanan hissənin kəsilməsilə həyata keçirilir. Məqsəd, qadının müstəqil cinsi istəyinin qarşısını alıb, onu yalnız uşaq dünyaya gətirmək üçün “inqubator” rolunu oynayan bir robota çevirməkdir ki, bu da bu iyrənc adət vasitəsilə həyata keçirilir. Əməliyyat 4-12 yaşarası qız uşaqları üzərində aparılır ki, bundan sonra həmin uşaqlar yetkinlik yaşına çatdıqda cinsi istəkləri zəif olur, yəni müstəqil cinsi istəkləri olmur, cinsi münasibət əsnasında da potensial intim həzz yaşamırlar və qadın olaraq yalnız uşaq dünyaya gətirmək üçün yararlı olurlar…

Məsələnin fiziki və intim tərəfindən əlavə psixoloji tərəfi də mövcuddur; sinir sisteminin şaxələnmiş qollarından biri qadında cinsiyyət orqanının “klitor” hissəsində yerləşir ki, həmin hissənin kəsilməsi ehtiras həzzinin qarşısının alınmasıyla bərabər, həm də sinir sistemini zəiflədir, psixoloji olaraq qadını məğlub edir, bir növ manqurtlaşdırır və həmin qadını istənilən mövzuda tabe etmək asan olur.

Zərəri: Qadın sünnəti, qadının cinsiyyət orqanını həm şəkil, həm də fəaliyyət etibarilə yarımçıq hala salır. Sinir sistemini pozur. Qadına psixoloji təsir göstərir ki, bu da müəyyən yaş həddindən sonra ruhi və ya qadın xəstəliyinə çevrilir. Qadın cinsiyyət orqanında həmin hissə damarlarla zəngin olduğu üçün şiddətli qanaxmaya səbəb olur və bu prosses sünnət prosseslərində bir çox qadınların ölümüylə müşahidə olunur.

Məqsəd: Yuxarıda qeyd etdiyim kimi, qadının cinsi istəyinə məhdudiyyət qoymaqdır ki, guya bu iyrənc adəti tarixən də, indi də fahişəliyin qarşısını alma məqsədilə həyata keçiriblər. Nəticə etibarilə bu adətin həyata keçirildiyi ölkələr isə fahişəlik dərəcəsinə görə digərlərindən heç də geriyə qalmır.

Tarixi: Qadın sünnətinin tarixi, müxtəlif araşdırmaçılar tərəfindən fərqli-fərqli rəqəmlərlə izah edilir. Təbərinin qeydlərində bu adətin tarixi Hz.İbrahim zamanına gedib çıxır. Başqa bir qrup tarixçi isə bu adətin bundan 2500 il əvvəl Misirdə meydana gəldiyini, oradan da Afrika ölkələrinə yayıldığını deyir. Bəzi araşdırmaçıların, bu adəti dinə bağlamaqlarına baxmayaraq, nə İslam, nə də İslamdan əvvəlki səvami və ya qeyri-səmavi dinlərin nəzəriyyəsində “Qadın sünnəti”ylə bağlı heç bir əmr, hökm, bəhs yoxdur. Bir qrup tarixçi də bunu İslamdan əvvəlki klassik ərəb mədəniyyəti, ərəblərin qadına qarşı münasibəti və öz adətlərini İslamdan sonra belə qorumaq əzmi ilə əlaqələndirir. Ancaq nəzərə alsaq ki, Afrikanın xristianlar yaşayan ərazilərində də bu adət mövcuddur, buradan belə nəticə çıxır ki, bu adət İslamdan əvvəl də mövcud olan bir adətdir…

Ərazisi: Qadın sünnətinin həm tarixən, həm də indi kütləvi şəkildə tədbiq olunduğu ərazilər bunlardır – əksər ərəb ölkələri, xüsusilə də Səudiyyə Ərəbistanı və İndoneziya, Afrika və Cənubi-Şərqi Asiya, Afrikanın- müsəlmanların üstünlük təşkil etdiyi Efiopiya, Filddişi sahili, Seneqal, Keniya, Benin, Qana ölkələri; xristianların üstünlük təşkil etdiyi – Nigeriya, Tanzaniya və Niger kimi ölkələr…

Uşaqlara cinsi tərbiyə necə verilməlidir?

Son dövrlərdə İŞİD-in də işğal etdiyi ərazilərdə qadın sünnətilə bağlı qərarı mövcuddur ki, bu qərara əsasən 3 milyon qız uşağının sünnət olunması nəzərdə tutulub…

Bir məqamı da nəzərinizə çatdırım ki, “qadın sünnəti” tarixin müxtəlif dövrlərində Anadolu və Böyük Qafqaz ərazisində yerləşən Dağıstan və Azərbaycana da gəlib çıxmış, müxtəlif dövrlərdə yuxarıda adı çəkilən ölkələrdəki kimi kütləvi olmasa da, fərdi şəkildə gizlincə bəzi bölgələrdə həyata keçirilmişidir…

Statistika: Somalidə qız uşaqlarının 98%-i sünnət olunur. Dünyada hər il orta hesabla 30 ölkədə 3 milyon qız uşağının üzərində “qadın sünnəti” tədbiq edilir…

Yazdı: Sahib Altay

Orijinal yazı üçün bura klikləyin