Nə vaxtsa tamamilə qaranlıq ərazidən keçmisinizmi? Qara geyinənlərlə qara makiyaj edənlərlə və saçlarını qaraya boyayan insanlarla dolu bir ərazini nəzərdə tuturuq. Yəqin ki, cavabınız ”yox” olacaq! Amma dünyanın ən soyuq və ən qaranlıq vulkanik dağı Ol Doinyo Lengai lavasının dili olsaydı bu suala əminliklə müsbət cavab verərdi. Bu vulkanik dağdan çıxan lava həm də dünyanın ən sürətlə hərəkət edən lavasıdır!

Soyuq və qara vulkanın ürəyi

Ol Doinyo Lengai’dən çıxan qara lava təxminən 510 ºC istiliyə sahibdir ki, bu da Yer səthinə çıxan lavaların ümumi temperaturundan daha aşağıdır (Əsasən, 1000-1832 ºC ). Hər bir halda, cakkuzidən daha isti temperaturdan söhbət gedir.  

Qara lava Ol Doinyo Lengai’nin kimyəvi tərkibi sayəsində yaranır. Vulkanik dağların əsasını təşkil edən bazaltın əvəzinə, Ol Doinyo Lengainin maqmatik qayaları karbonat, kalsium, natrium və həll olmuş karbon dioksiddən ibarətdir. Karbonat bazaltdan daha aşağı ərimə nöqtəsinə sahibdir və bu da lavanın qızarmış formada olmasına mane olur. (Gecələr az da olsa parıltı görünə bilər, amma ağ rəngdə) 

Hər bir halda Ol Doinyo Lengai vulkanı bəzi vulkanlardan daha təhlükəlidir. Çünki püskürən lavaların çoxu ortalama 10 km/saat sürətlə hərəkət edir. Ol Doinyo Lengaidən axan lava isə bu mövzuda suyun axma sürəti ilə oxşar rəqəmlərə sahibdir.