Amerikalı psixoloq John B. Watson 1920-ci ildə duyğusal reaksiyaların, əsasən də qorxu hissi-nin insanlar tərəfindən şərtləndirilmiş ola bilib-bilməyəcəyi barədə araşdırmalar aparırdı. Araşdırmanın baş rolunda Albert B. adlı 9 aylıq körpə dayanırdı.

Psixoloq Watson kiçik Albert-ə, normalda yetkin insanların qorxduğu və ya çəkindiyi şeyləri göstərmək istədi. Ağ siçan, vəhşi dovşan, meymun və qorxulu maskalar kimi şeyləri 9 aylıq körpəyə göstərib analizlər apardı. Kiçik Albert ona göstərilən heç nəyə qarşı hər hansı bir qorxu reaksiyası göstərmədi.

Bunun araşdırmaçı Watson üçün böyük bir mənası var idi; Qorxu insanların sonradan qazandığı hiss idi. 

Watson növbəti dəfə, təcrübədəki faktorlarda kiçik bir dəyişiklik etdi. Albert-ə yenə siçan göstərən həkim eyni zamanda, çəkiclə metal boruya vuraraq yüksək bir səs çıxardı. Kiçik Albert təbii olaraq yüksək səsi eşidən zaman ürküb ağlamağa başlayırdı. Watson bu şərtləndirmə əməliyyatını yeddi həftə boyunca təkrarladı. Kiçik Albert hər dəfə göz yaşlarını axıdırdı. Təcrübənin növbəti günlərində Albert-in ağlaması üçün yüksək səsə ehtiyac qalmadı. Kiçik uşaq sadəcə siçanı görəndə ağlamağa başlayırdı.

Watson araşdırmasının nəticəsi kimi belə yazdı:

Siçanı görən kimi körpə ağlamağa başladı. Dərhal, sol tərəfinə fırlandı və həmin tərəfə doğru yıxıldı. Özünü qaldırdıqdan sonra o qədər sürətli halda siçandan uzaqlaşdı ki, uzun stoldan yıxılmaması üçün onu zorla saxladıq. 

Kiçik Albert tüklü və ağ olan hər şeydən qorxmağa başlamışdı:

Təcrübənin sonunda klassik şərtləndirmənin qorxu hissi-ni yarada biləcəyi üzə çıxdı. Yəni hə, qorxduğumuz çox şeyə o formada şərtləndirildiyimiz üçün qorxuruq. Yəni, bizə qorxu hissi qazandıran nəsə biz onu qorxulu kimi gördüyümüz üçün bizi qorxudur.

Albert-in təcrübəsinə başlamazdan əvvəl tənzimlənmə şərtləri belə idi:

  • Neytral xəbərdarlıq: Ağ siçan
  • Şərtsiz xəbərdaredirici: Yüksək səs
  • Şərtsiz reaksiya: Qorxu

Təcrübədən sonra şərtlər bu cür dəyişdi:

  • Şərti xəbərdaredici: Ağ siçan
  • Şərti reaksiya: Qorxu

Təbii ki, təcrübə, psixologiya sahəsində böyük nəaliyyətlərlə nəticələnsə də bir çox səbəbə görə xeyli müzakirə olundu və qınanıldı. Əvvəla, etik olaraq bir çox problemi olan təcrübə Albert-in həyatını tamamilə dəyişdirdi. Təcrübə zamanı onun əzab çəkdiyi dəqiq idi və bu əzab 7 həftə boyunca davam etmişdi.

Əsl adı Douglass Merritte olan körpə 10 may 1925-ci ildə hidrosefalus (beyində su yığılması) səbəbilə 6 yaşında həyatını itirmişdi.

Təcrübədən qazanılan əsas nəticə:

Qorxu, narahatlıq, hüzn kimi sevinc, arzu və sevgi də şərtlərdən asılı olaraq baş verir. 

https://www.verywellmind.com/the-little-albert-experiment-2794994

Başqa maraqlı yazıya keçid et: İnsan qorxduğu üçün qaçır, yoxsa qaçdığı üçün qorxur?