Avropalılar vaxtilə Amerikanı kəşf etmək üçün yollandıqları zaman bir çox tarixi abidələri məhv etdilər. Bununla da əsrlərdir bu qitədə yaşayan yerlilərin Amerika ilə heç bir mədəni, dini və irsi bağlılıqlarının olmadığını sübut etməyə çalışdılar. Bir çox insan müasir dövrümüzün müəmması sayılan Maya imperiyası haqqında hələ də kifayət qədər bilmir. Əsas iddialardan birində Maya ərazisi bir neçə daş piramidadan ibarət olan əsas qiyamət göstəricisidir. Lakin bir neçə gün əvvəl Qvatemala meşələrində tapılan qalıqlar Maya sivilizasiyasının düşünüləndən daha çox inkişaf etdiyini üzə çıxarıb. 

Bu qədər uzun müddətdir meşədə gizlənib qalan qalıqlar nələrdir?

Şəhərləri bir-birinə bağlayan geniş yollar, ümumi suvarma sistemləri və 60.000-dən çox ev, saray və digər obyektlər. Bu mükəmməl kəşf meşədəki sıx bitki örtüyünü araşdıran və təsadüfən bitki örtüyünün altındakı gizli qalıqları üzə çıxaran LİDAR texnologiyası ilə mümkün olub. Yeni kəşf Maya sivilizasiyasının düşündüyümüzdən çox-çox böyük olduğuna əsas sübutdur!

Pacunam fondunun rəhbərliyi ilə baş tutan layihə Maya bölgəsinin hər bir qarışı üçün nəzərdə tutulmamışdı. Araşdırılan hissə sadəcə 800 kv. kilometrlik ərazi idi. Təxminən, eramızdan əvvəl 250-900-cü ilə aid olan Maya ərazisi indiki İngiltərədən 2 dəfə kiçik olsa da əhalisi o dövrə görə kifayət qədər idi. LİDAR Maya imperiyasının 15 milyon vətəndaşa sahib ola biləcəyini düşünür. İmperiyanın xüsusi dəqiqliklə salınmış yol şəbəkəsi və bünövrəsi sayəsində belə vacib bir rəqəm həqiqət ola bilər. 

Amma, LİDAR bizə sadəcə yaxşı xəbərlər vermədi. Çünki araşdırmalar nəticəsində məlum olub ki, bu qədim yaşayış obyektlərinin dəbdəbəli quruluşu soyğunçuların da  baş çəkdiyinə işarədir. Başqa sözlə, piramidalar, saraylar və evlər araşdırmaçılar üçün sirr olaraq qala bilər, çünki bu obyektlərdəki bütün tarixi materialların satılma ehtimalları var. 

Çölləşmə və digər ətraf mühit problemləri də bu əraziləri riskə atır. Qvatemala hal-hazırda meşə sahələrini il ərzində təxminən 0.1% itirir. Biznesmenlər və qazıntı işləri aparan digər insanlar istəmədən də olsa tarixi əraziyə ziyan vura bilərlər. Bu səbəblə Maya imperiyasını xəritələmək və onu dörd əsr dağılmadan qorumaq həmişəkindən daha vacibdir.