Sakit okean tullantı ərazisində nə qədər tullantı olduğunu hesablamaq mümkün deyil, amma OTP vəziyyəti daha yaxşı anlamaq üçün araşdırmalar aparır. 2016-cı ildə LiDAR və ultrabənövşəyi sensorlarla təchiz olunmuş C130 Hercules təyyarəsi ilə bölgəni araşdıran araşdırmaçı heyət daha sonra gəmilərlə araşdırmalara davam edib. Əldə olunan nəticələri dəyərləndirən zaman Sakit okean tullantı ərazisindəki çoxalmanı daha dəqiq analiz edə bildik.

Araşdırma nəticələrinə görə bölgədə 80.000 kub metr plastik tullantı mövcuddur. Bu miqdar 500 jumbo təyyarəsinin həcmi ilə eynidir. Daha əvvəlki ən pis ehtimalın belə 4 qatına bərabər rəqəmdir. Tullantıların 92%-ni irihəcmli, qalan hissəsini isə mikroplastiklər tutur. Bütün bu tullantılar Fransadan 3 dəfə böyük əraziyə yayılıb.

Bu problemi fotolarda görünən zolaqlar necə həll edəcək? Bu zolaqlar aşağı doğru 3 metr boyunca saçaqlanan 600 metr uzunluqlu sistemlərdir. Plastik tullantıdan daha sürətli hərəkət edən bu sistemlər dalğanın və küləyin təsirilə hərəkət etdikcə okeanlardakı plastik tullantıları ələ keçirəcək. Ələ keçirilən plastiklər gəmilər tərəfindən yığılıb sahilə daşınacaq.

Sistem 001 adlandırılan bu nəhəng plastik süpürmə toru açıq dənizdə edilən iki həftəlik təcrübələrdə yüksək qiymət almağa nail oldu. Tullantıları yığmaqdan əlavə U formasını qorumaq və özünü külək və dalğalara nəzərən mövqeləndirmək barədə test edilən Sistem 001 olduqca yaxşı nəticələr verdi.

İndi Sakit okeanın tullantı ərazisinə yerləşdirilən sistem ilk ciddi testinə hazırlaşır. Hər şey qaydasında getsə okean tullantısının sayı növbəti 5 il ərzində yarıbayarı azaldılacaq.