Stanford Universiteti araşdırmaçıları bir siçanın susuzluq hissi ilə bağlı beyin fəaliyyətlərinə nəzarət etməyə nail oldular. Başqa sözlə, siçanın susuzluq hissi artıq lampa kimi yandırılıb-söndürüləcək. Araşdırmaçılar 60 il əvvəl beyinin susuzluq hissini nəzarətdə saxlayan hissəsini birləşdirmişdilər. Yəni, su içmək istədiyimiz zaman bunu bədənimizə çatdıran neyronları çoxdandır ki, araşdırırıq. 
 
Stanford Universitetində işləyən sinir elmləri araşdırmaçısı William Allenin rəhbərliyi altında komanda təcrübə zamanı bir siçanı məcburən 48 saat müddətinə susuz qoydu. Daha sonra heyvanların susuzluq hissi ilə bağlı işləyən beyin bölgəsi analiz edildi. Bu analiz sayəsində araşdırmaçılar susuzluq nəzarətini təmin edən spesifik neyronları tam formada xəritələdilər.
 
Bundan sonra, araşdırmaçılar bu neyronların siçanın su sərfiyyatında oynadığı rolu öyrənməyə çalışdılar. Neyronların fəaliyyətinə nəzarət etmək üçün genetik olaraq dəyişdirilmiş hüceyrələri yoxlamaq üçün işıq istifadəsi adlanan bir üsuldan istifadə olundu və siçanların su sərfiyyatına daim nəzarət olunacaq bir üsul kəşf edildi. Bu tarixdə ilk dəfə bir canlının beyin fəaliyyətlərini eynilə bir lampanı yandırıb-söndürmək kimi nəzarət altında saxlayan ilk işdir. 
 
Növbəti hədəf: İnsan Beyni

Əgər uyğun miqdarda su qəbul etməsək bioloji sistemimiz süquta uğrayar. Əksinə, çox miqdarda su da ziyan vura bilər. Bədənimizdəki hüceyrələr şişə bilər və nəticədə komaya düşərik. Stanforddan verilən yeni araşdırma isə (”adipsia”) adlanan susuzluq hissindən məhrum olma xəstəliyi və ”polidipsia” adlanan (davamlı susuzluq xəstəliyi)ni müalicə etmək üçün istifadə olunacaq. 
Daha geniş müstəvidən baxası olsaq bu araşdırma bizə daha əvvəl bilmədiyimiz şeyləri öyrədir. Sinir elmləri sahəsindəki mükəmməl araşdırmaya baxmayaraq beyin hələ də böyük sirr olaraq qalır və hər yeni kəşf onun sirrlərini tapmağa biraz da yaxınlaşdırır.