Şinxua agentliyinin xəbərinə görə əsas binası Şanxayda yerləşən MicroPort Scientific Corporation adlı Çin sağlamlıq şirkəti ürəyə gedən damarların daralması və ya tutulması nəticəsində yaranan koronar ürək xəstəliyini həll etmək məqsədilə, bir insanın saç teli ölçüsündə olan, yəni təxminən 86 mikron qalınlığa sahib ürək stenti hazırlayıb. Şirkətin 15 ildə hazırladığı Firehawk adlı cihaza sözügedən xəstəliyi müalicə etmək üçün lazım olan dərmanlar lazer köməyilə köçürülərək çox kiçik ölçülərdə yerləşdirilir.

Bununla da implant zamanı dərmanın cihazın daxilindən çıxaraq dağılmasının qarşısı alınır. Stent, istənilən miqdarda dərmanı xəstənin ürək-damar xəstəliklərində müdaxilə istəyən hissələrinə yüksək dəqiqliklə ötürür. Bu kəşfin implant müalicəsində dönüm nöqtəsi ola biləcəyi bildirilir.

Avropadakı 21 xəstəxanada kliniki təcrübələr baş tutmuşdu

Quruluşunda polimet texnologiyasından istifadə olunan cihazın maraqlı dizaynı implant zamanı dərmanın fərqli hissələrə sızmasının qarşısını alaraq əks təsirlərə imkan vermir. Avropanın da diqqətini çəkən Firehawk daha əvvəl 2015-16-cı illərdə İngiltərə, Fransa, İspaniya, Belçika, İtaliya, Hollandiya, Polşa, Almanya və Danimarkanın 21 xəstəxanasında kliniki təcrübələrdə istifadə olunmuşdu. Sözügedən ölkələrdə 1653 xəstəyə tətbiq olunan stent implant uğurlu nəticələr vermişdi. Firehawk-ın kliniki təcrübələrdə qazandığı uğur ötən həftənin əvvəli dünyanın vacib tibb jurnallarından biri sayılan The Lancet-də yayımlanıb.

İstinad: https://www.biospectrumasia.com/news/27/11666/chinas-self-developed-heart-stent-gets-recognition-worldwide.html