Artıq, şokolad sevən insanların çoxlu şokolad yemək üçün güclü bir bəhanələri var!
Aparılan son araşdırmalar müəyyən miqdarda qəbul edilən kakaonun beyinin vizual məlumatları qəbul etmə qabiliyyətinə müsbət təsir göstərdiyini müəyyən etdi.
Kakao dövrümüzün ən çox yayılmış qidalarından birinin əsas tərkib hissəsidir və şəkərlə birləşdikdə kökəltmə xüsusiyyətinə sahibdir. Xatırlayırsınızsa, bir neçə il bundan öncə şokoladın xoşbəxtlik hormonu yaydığı deyilirdi. Bu dəfə isə italiyan elm adamları hər gün müəyyən miqdarda qəbul edilən kakaonun İQ səviyyəsini gücləndirdiyini kəşf ediblər. 
 
Kakao toxumunda təbii yolla yaranan bir növ kimyəvi maddənin də müalicəvi əhəmiyyəti öyrənilib. Məsələn, tünd şokoladın tərkibindəki polifenol maddəsinin müsbət psixoloji təsirləri kəşf edildiyi halda, flavanol maddəsinin qadınlarda yaş keçdikcə artan uşaq salma riskini azaltdığı müəyyən olunub.
Bu cür xəbərlərin şokoladların daha çox satılmasına xidmət etdiyini düşünənlər mütləq olacaq. Lakin araşdırmaçılar belə fikirləri yalanlayır. Çünki şokolad çox yeyilsə sadəcə kökəltməklə yanaşı, həm də zəhərləyə bilər.
Araşdırma zamanı komanda kakao flavanollarının beyin aktivliyinə göstərdiyi təsirləri də öyrənib. Təcrübə iştirakçıları 3 ay ərzində müxtəlif vaxt aralıqlarında şokolad içməli və ya yeməli idilər. 3 ayın sonunda iştirakçıların yaddaş baxımından xeyli güclü nəticələr göstərdikləri ortaya çıxdı, lakin nəticələr yaş fərqinə görə müxtəlif idi.
Elm adamlarına görə şəkər və südlə zəngin kakaolu şokoladların əvəzinə, bitter deyilən və daha çox tünd olan şokoladları yemək sağlamlığımız baxımından daha yaxşıdır.