300 milyon üzvə sahib bu nəhəng ordu kişilərin testislərində yerləşir. Ordunun əsgərləri isə spermatozoidlərdir. Uzunluqları millimetrin təxminən 1%-i qədər olan spermatozoidlər (qısaca, sperma) hədəflərinə, yəni yumurtalığa çatmaq üçün olduqca uzun yol qət edirlər.

Birlikdə yola çıxan 300 milyona yaxın sperma hüceyrəsindən ən dözümlü 1000-i yumurtalığa çatmağı bacarır. Yəni, sperma sayının çox olması yumurtalığın döllənməsinə mane olan bütün riskləri aradan qaldırır.

Bu spermaların içində də yalnız biri yarışı qalib kimi başa vurur və yumurtanı dölləyir. Spermatozoidlər bu yarışa başlamazdan əvvəl ilk olaraq kişi çoxalma orqanlarında uzun bir səyahətə çıxaraq yetkinləşmə mərhələlərindən keçirlər. Bu yetkinlik mərhələsində spermatozoidlərin bir çox köməkçisi var.

Spermatozoid
Spermatozoidin beldən gəlməsi tamamilə mifdir

Spermatozoidlərin yaşaya bilmələri üçün yerləşdikləri bölgənin sərin olması çox vacibdir. İnsanın normal bədən temperaturu 37°C-dir. Bu spermatozoidlər üçün öldürücü temperaturdur. Bu səbəblə spermatozoidlər bədəndə yaşaya bilməzlər. Yəni, beldən gəlməkləri iddiası tamamilə mifdir.

İnsan sperması ən az 27 növ virusu daşımaq üçün uyğundur

Testislərin isə ən böyük xüsusiyyəti bədəndən kənarda yerləşməkləridir. Hər testisin içində kapilyar borular var. Sperma məhz bu boruların içində yaranır. Bu əmələgəlmə prosesi ərgənlik dövrünə çatanda başlayır və həyat boyunca kəsilmədən davam edir. Yəni bir kişi sperma ilə ilk tanış olduğu gündən ömrünün sonuna kimi ata ola bilir.

Bir spermatozoidin yaranması təxminən 74 gün davam edir. Spermatozoidlər X və Y adlı iki xromosoma ayrılırlar. Əgər yumurtalığa (Hər zaman X xromosomu yaşıyır) X spermatozoidi gedirsə nəticə XX olur, yəni doğulan körpə qız olacaq. Yox, əgər Y sperması birləşirsə XY olacaq, yəni oğlan. Qısaca desək, körpənin cinsiyyətini hər zaman ata müəyyən edir.

İstinad: https://www.healthline.com/health/how-is-sperm-produced