Hokinqin Kembriçdəki evində səhərə yaxın həyatını itirdiyi uşaqları Lusi, Timoti və Robert tərəfindən bildirildi. Uşaqları atalarının ölümü ilə bağlı yazılı açıqlamalarında, ”Dəyərli atamızı bu gün itirdiyimizə görə çox məyusuq. O, böyük elm adamı idi, araşdırmaları və qoyduğu miras əsrlər boyu yaşayacaq!”, deyə bildirdilər. 

21 yaşında ikən AS xəstəliyinə yoluxmuşdu. 

Stiven Hokinq 1960-ci ilin əvvəllərində müalicəsi olmayan Amiotrofik Skleroz xəstəliyinə yoluxdu. Moto neyronların müəyyən zaman ərzində 80%-nin məhvinə səbəb olaraq sinir sistemini iflic edən, amma beynin zehni fəaliyyətlərinə toxunmayan bu xəstəlik Hokinqi əlil arabasında yaşamağa məhkum etdi. 

Məşhur elm adamı 1985-ci ildən bu yana səsini də itirdiyi üçün arabasına yerləşdirilmiş yazıları səsə çevirə bilən komputeri sayəsində insanlarla ünsiyyət qura bilirdi. 

Hokinq elmi mübarizələrində və gündəlik həyatında Kvant Fizikası və Qara Dəliklərlə bağlı iddiaları ilə bugün elm adamlarının arasında ən çox tanınan şəxslərdən biridir. Kitabları 40-a yaxın dilə tərcümə olunub. Kainatla bağlı teorik məlumatlarının yer aldığı bu kitablar Kembriç Universitetindəki tətbiqi riyaziyyat və nəzəri fizika laboratoriyasını yaradacaq qədər çox satılıb.

Hokinq elm dünyasında Albert Eynşteyndən sonra ən böyük dahi olaraq göstərilir. Onun həyatı 2015-ci ildə nümayiş olunan ”Hər şeyin teoremi” adlı filmə də mövzu olmuşdu.