İtaliyanın Roma şəhərindəki Sapienza Universitetindən olan elm adamları sunamiləri əvvəldən hiss edə bilən yeni sistem hazırlayıblar. Sistem, sunami dalğalarının atmosferdə yaratdığı təsiri anbaan izləyir.

Elm adamları bu sistemə Varion adını verib. Sistemdə GPS və digər peyk naviqasiya sistemləri istifadə olunaraq, atmosferin elektromaqnit dalğaları əks etdirəcək miqdarda ionların və sərbəst elektronların nizamsızlığı izlənilir.

Atmosferin 80-100 km’lik hissəsini əhatə edən ionosfer atmosfer qazlarının atom və molekullarını ionlarla hərəkətləndirir.

Şimal işıqlarındakı Yerin maqnit sahəsi ilə Günəşdən gələn yüklü zərrəciklərin qarşılıqlı təsiri nəticəsində yaranan təbii parıltılar bu səma hadisəsinin ən yaxşı izahı sayılır.

Sunami yaranıb okeanda irəlilədikcə daşıdığı su zərrəcikləri anidən sıxlaşır və yapışqan olur. Dalğalar da havanı sıxışdırıb genişləndirir. Bu da atmosferdəki daxili cazibə dalğalarında hərəkət yaradır. Elə GPS siqnalları ilə izlənilən hərəkət məhz bu hərəkətdir.

Varion adlı yeni həll Sapienza Universitetindəki doktorantura tələbəsi Giorgio Savastanonun inkişaf etdirdiyi alqoritmlə işləyir.

Savastano Varion‘un sunamilər üçün erkən xəbərdarlıq sisteminin gələcək inkişafına sadəcə təkan verdiyini qeyd edərək hal-hazırda alqoritmi GPS sistemlərinə uyğunlaşdırmağa çalışdıqlarını bildirdi.

– Çox güman ki, 230 fərqli qlobal peyk naviqasiya sisteminə sahib olacağıq!

Böyük sunamilərin nadir baş verdiyini qeyd edən Savastano Varion‘un saxladığı fərqli məlumatları alqoritm vasitəsilə ölçə biləcəyini və bunun da sunami xəbərdarlıq sistemi araşdırmalarına yeni töhfələr verəcəyini qeyd etdi.

İstinad: https://www.jpl.nasa.gov/news/news.php?feature=6848