Təsəvvür edin ki, uzunmüddətli piyada səyahətdəsiniz. Yolunuz dağlardan keçir, azuqəniz və gücünüz tükənib. Bu halda necə sağ qala bilərsiniz?

Təbiətdə aclıqla zarafat etmək olmaz. Həm də yaxınlıqda heç bir ev və ya xəstəxana yoxdursa…Ümid edirik ki, belə bir halla heç vaxt qarşılaşmayacaqsınız, amma qarşılaşsanız da aclıqla mübarizə üçün sizə 3 dəyərli məsləhət verə bilərik.

Kalori hesablamasında diqqətli olun!

Sağ qalmaq düzgün kalori hesabına başa gəlir. Davamlı olaraq kalorili yeməklər tapmağa və eyni zamanda kalori itkinizi minimuma endirməyə çalışın. Əgər bir gölməçədə kiçik bir balığın arxasınca düşmüsünüzsə o balıqdan ən qısa müddətdə imtina etməlisiniz. Çünki bir neçə kalori almaq əvəzinə 10 qat daha artığını itirmək ehtimalınız var. Qəbul etdiyiniz və sərf etdiyiniz kalorilərlə diqqətli davranın. Beləcə daha ağıllı seçimlər edə bilərsiniz. 

Bacardığınız qədər su için!

Su və ya başqa mayelər içmək aclığınızı müəyyən bir həddə qədər azalda bilər. Əgər ətrafınızda bitən təbii məhsullara bələdsinizsə mayenizə əlavə qida dəyəri qata bilərsiniz. Yabanı bitki çayları maye ehtiyacınızı qarşılamaqla yanaşı sizə vitamin və mineral dəstəyi də verir. Əlinizdəkiləri doğru istifadə etsəniz mayenizin dadı da gözəl olacaq. 

Diqqətinizi yemək düşünməmək şərtilə dağıdın!

Əmin olun ki, bir kötüyün üstündə oturub ən sevdiyiniz yemək barədə fikirləşmək sizə heçnə qazandırmayacaq. Diqqətinizi yeməklərdən yayındırmaq üçün mümkün qədər daha çox şey düşünün. Yalnız belə olan halda işlər ən yaxşı ehtimalla gedəcək. 

Bəs siz bu yazdıqlarımızı oxumadan belə bir halla üz-üzə qalsaydınız aclıqla necə mübarizə aparardınız? Rəylərinizi facebook səhifəmizdə bildirməyi unutmayın. 

İstinad: Tim Macwelch – Açıq hava həyatı