Konkiçilər estetikliyi və incəliyi ilə çoxumuzu sehrləyir, insan bədəninin edə bildikləri qarşısında bizi heyran qoyurlar. Bu idman növünün fiziklər arasında xüsusi yeri var. Fiziklər fırlanma momenti anlayışını açıqlayarkən konki sürənlərlə bağlı olan nümunəni verməsələr o açıqlamanı yarımçıq hesab edirlər. Buz konkiçiləri qollarını açdıqları zaman hərəkətləri yavaşlayır, qollarını içəri doğru yığdıqlarında isə sürətlənirlər. Bir dəfə dönsələr dönmə miqdarları sabit olacaq, çünki buzun sürtünməsi demək olar ki, nəzərə alınmır. Onları yavaşladacaq heçnə yoxdur.

Formalarını dəyişdikləri zaman sürətlərini də dəyişmələri əslində olduqca maraqlı faktdır. Müşahidələrdən bilirik ki, hər hansı bir cisim fırlanma oxundan nə qədər uzaqdırsa hər turda o qədər çox yol qət etməsi lazım gəlir və mövcud dönüş miqdarının da o qədər çoxunu itirməsinə səbəb olur. Qollarını açsalar oxdan uzaqlaşmış olurlar və bunu tarazlamaq üçün dönmə sürəti yavaşlayır. T-rex’in problemi də əsasən bu idi. Ayaqları ilə sadəcə müəyyən miqdarda dönmə əldə edə bilirdi; bu döndürmə gücü isə konkiçinin qolları kimi xaricə uzanan iri başını və quyruğunu sadəcə bu sürətlə döndürməyə kifayət edirdi. Kiçik və çevik hansısa məməli T-rex’in bu zəif xüsusiyyətini öyrəndikdə ondan xilas olması çox asan olurdu. 

1876-cı ildə Maria Spelterina Niaqara şəlaləsini gərilmiş ipin üzərində keçərək bunu edən yeganə insan oldu. İpin ortasında çəkilmiş mükəmməl bir fotosu var. Həyəcanı daha da artırsın deyə hər iki ayağına da səbət bağlamışdı. Lakin şəkildə ən diqqət çəkən şey onun əlindəki üfiqi uzun dirəkdir.

Qollarınızı açsanız bu sizə ipin üzərində tarazlığı əldə etməyə kömək edəcək, lakin müəyyən bir yerə qədər. Yastı uzun dirək isə bu iş üçün mükəmməl vasitədir. Marianın heyrətamiz tarazlıq nəzarətinin böyük hissəsini bu bərabərlik təmin edirdi. Əgər müvazinətini itirsəydi, uzun dirək onun hansı tərəfə yıxılmasından asılı olmayaraq sürətini yavaşladırdı. Eynilə, T-rex’də olduğu kimi. Marianı 50 metr aşağıya düşüb məhv olmaqdan qoruyan fizika qanunu, 70 milyon il əvvəl T-rex’in sürətlə sağ və sol tərəfinə dönməsinə mane olan qanunla eynidir.