2011-ci ilin mart ayında 55 yaşında ikən ürək tutması keçirən Craig Lewis bu ürək tutmasından sonra Texas Ürək İnstitutuna müraciət etmişdi. Xəstəliyinin adı Amyloidosis idi. Bu xəstəlik daxili orqanları, ürəyi, böyrəkləri və qaraciyəri sürətlə örtən və yapışqan maddəylə dolduran ölümcül xəstəlikdir. Nadir sayılsa da müşahidə olunduğu şəxsdə müdaxilə edilməsə olduqca ölümcüldür. Lewis ehtimal ki, bu sürətli müdaxilələr olmasaydı bir neçə gün ərzində həyatını itirəcəkdi.

Şansı gətirmişdi. Müraciət etdiyi institutda işləyən Dr. Billy John və Dr. Bud Frazier Lewis üçün fərqli bir addım atdılar. Lewis-in ürəyini yerindən çıxardılar və Continuous flow adlandırdıqları cihaz taxdılar. Lewis elə həmin gün ayağa qalxıb həkimlərlə söhbət edəcək vəziyyətə gəldi.

1 problem xaricində qalan hər şey yolunda gedirdi. Problem onda idi ki, Lewis-in nəbzi atmırdı. O, bu texnologiyadan istifadə edib ürəksiz yaşayan ilk insan adını qazanmışdı. Amma sonra daha bir problem yarandı. Lewisin böyrəkləri və qaraciyəri sürətlə məhv oldu, bu səbəblə ailəsi bir neçə ay sonra həkimlərdən cihazın fəaliyyətini dayandırmalarını istədilər.