Adidas hər Dünya Çempionatında olduğu kimi bu il də çempionatın rəsmi futbol topunu istehsal etdi. Bilindiyi kimi, Adidas hər çempionatda topları fərqli dizaynlarla istehsal edir; bu hallar da hər top növünün özünə xas xüsusiyyətlərə sahib olmasına səbəb olur. Dünyadakı ən populyar idman növünün ən populyar hadisəsində oyunun ən vacib elementinin davamlı olaraq dəyişdirilməsi əslində çox maraqlı amildir.

Bu dəfəki çempionat topunun rəsmi adı Telstar 18-dir. Ağ-qara dizaynlı, 6 paneldən ibarət və rus şəhər mənzərələrindən ilhamlanaraq hazırlanmış bu top 1970-ci il Dünya Çempionatında istifadə olunan Telstar adlı topun sonuncu nəsil texnologiyaya sahib versiyası kimi qələmə verilir.

Bəs digər toplarla müqayisədə nə kimi xüsusiyyətləri var? Bunu anlamaq üçün elm adamları topu hər tərəfində sensorlar yerləşdirilmiş külək tunelinə saldılar. Burada əsas məqsəd topa təsir edən qüvvələri ölçmək idi.

Məlumata görə top 2014-cü il Dünya Çempionatı topuna yaxın xüsusiyyətlərə sahibdir. Ən önəmli fərq isə uzun məsafəyə vurulan zərbələr zamanı topun 10/100 daha az irəli getməsidir.

Qısa hava ötürmələri zamanı Telstar 18-in 2014-cü il çempionatındakı topla müqayisədə daha sürətli olduğu düşünülür. Son olaraq, böyük mübahisələrə səbəb olan 2010-cu ildəki çempionatın topu ilə müqayisədə Telstar 18 havada daha qərarlı formada irəliləyir.