Cəmiyyət olaraq həyatımızı müəyyən nizamla davam etdirməyimiz üçün sürət, kütlə və uzunluq kimi ölçü vahidlərinə ehtiyac duyuruq. Bu vahidlər obyektlər və hadisələr arasında fərq qoymağımıza şərait yaradır. Bütün ölçü vahidləri kainatın hansı nöqtəsinə gedirsizsə gedin, qüvvədə olan sabitə görə müəyyənləşdirilib. Biri xaric: Kiloqram

Tərəvəz dükanından tərəvəz alanda və ya on mərtəbəli binalar inşa edəndə ağırlıq vahidləri olduqca faydalıdır. Amma kiloqram müəyyən bir sabitə görə yox, müəyyən bir obyektə görə müəyyənləşdirilib. Lakin bilirik ki, heç bir obyekt sonsuza qədər eyni qala bilmir. Başqa sözlə, kiloqramı müəyyən bir sabitə görə tanımağın vaxtı gəlib.

Hal-hazırda kiloqramın tərifi Fransada saxlanılan platinium-iridium xəlitəli əşyanın çəkisi ilə müəyyən olunur. Lakin iridiumun yarı ömrü 3 aydan da qısa olduğu üçün sözügedən obyektin çəkisi ötən 129 ildə 50 mikroqram azalıb. Bu səbəblə, hal-hazırda 1 kiloqram 1000 qram əvəzinə, 999.99995 qrama bərabərdir.

Elm adamları kiloqramın çəkisini fotonun enerjisi ilə elektromaqnit dalğasının tezliyi arasındakı nisbətlə – Plank sabiti ilə müəyyən etməyi üstün tutdular. Plank sabitinin vahidi əsasən C·s kimi qəbul edilsə də elm adamları kiloqramı müəyyən etmək üçün sabiti 1m·kq2/s vahidi ilə qəbul etdilər.

Plank sabitini ölçmək çox da asan bir iş deyil. Elm adamları Plank sabitini səhvsiz ölçmək üçün son dərəcə həssas cihazlar hazırlamalıdırlar. Nəticə etibarilə, kiloqram 6,626 0693×10-34 Coul · saniyə olan Plank sabiti ilə müəyyən edildi və beynəlxalq kütlə vahidimiz universal həqiqətinə qovuşdu.

İstinad: https://www.slashgear.com/redefining-the-kilogram-was-incredibly-difficult-but-scientists-have-done-it-16553995/