Əslində, məlum problemin kökü fəlsəfənin məbədlərindən sayılan Qədim Yunanıstandır. O vaxtdan bu yana aparılan milyardlarla toyuq-yumurta mübahisəsinin cavabını Avstraliya və Fransadan olan fiziklər verib. Tapmacanı fərqli formada araşdıran araşdırmaçılar nəticələri açıqlayıblar.

Queensland Universitetinin araşdırmaçısı Jacqui Romero, ”Kvant mexanikasının qəribəliyi, hadisələrin müəyyən nizam olmadan baş verməsidir” deyir. Ən yadda qalan nümunələrdən birini paylaşaq; Hər gün işə gedən bir şəxs təsəvvür edin. Bu şəxs işə gedərkən əvvəlcə metro, sonra isə avtobusla hərəkət etmək məcburiyyətində qalsın. Kvant fizikasına görə işə getmək üsulunun sırası bu cür olmaq məcburiyyətində deyil, təsadüfidir.

Romero sualın cavabı ilə əlaqədar olaraq, ”Bizim təcrübələrimizə görə hadisələrin hər ikisi də bir-birindən əvvəl baş verə bilər. Buna qeyri-müəyyən səbəbli nizam deyilir və gündəlik həyatımızda müşahidə edə biləcəyimiz bir şey deyil”, deyə açıqlama verib.

Qeyri-müəyyən səbəbli nizamı müşahidə etmək üçün araşdırmaçılar fotonik kvant keçidi adı verilən cihazdan istifadə etdilər. Araşdırmaçılar üçün iki hadisənin hansı sıra ilə baş verdiyini demək bir şeyin əvvəli və axırı arasındakı ortaq məntiqi yox etmək deməkdir. Yəni, potensial olaraq səbəb anlayışını nəzərə almamaq lazımdır. Bu da kvant fizikasına görə mümkünsüzdür.

Kvant fizikası bizə daha əvvəl bir elektronun eyni anda iki yerdə də mövcud ola biləcəyini göstərib. Araşdırmalara görə bir foton eyni anda iki yerdə də hərəkət edə bilər, beləliklə hər iki hadisə də daha əvvəl baş vermiş ola bilər.