Tutanhamonun məzarı iki otaqdan və bir pilləkəndən ibarətdir. Aparılan ilk araşdırmalardan sonra birinci otaqdan at arabası, taxt və Tutanxamonun gündəlik həyatda istifadə etdiyi digər dəyərli əşyalar tapılmışdı. Bu otaq tapıldığı zaman isə otağın Krallar Vadisində yerləşməsindən dolayı məzarın da ola biləcəyi güman edilmişdi.

Burada ilk dəfə araşdırma aparan Howard Carter və dostları otağın divarlarını yoxlayarkən boşluq tapdılar. Dağıdılan divarın digər tərəfində əlavə otaq kimi görünən nəhəng taxta qutu yerləşirdi. Howard Carter həyatında gördüyü ən gözəl şeyi görmüşdü. Məzarın içindəki möhkəm qızıldan ibarət tabut şam işığında belə parıldayırdı. Howard Carter bu kəşfi ilə özünə yaxşı kariyera qursa da bir müddət sonra müflis olmuş, naməlum xəstəlikdən həyatını itirmiş, cənazə mərasiminə bir neçə nəfərdən başqa heç kim gəlməmişdi.

Lənətlər Carterin çox sevdiyi sərçəsinin Misir simvolu kimi qəbul edilən kobra tərəfindən yeyilməsindən sonra başladı. Bir müddət sonra qazıntı işlərinin xərclərini qarşılayan Lord Carnavro-nun da Qahirədə qan zəhərlənməsi səbəbilə öldüyü böyük səs-küyə səbəb oldu. Bundan başqa, məzarın yerləşdiyi otağa girən bəzi şəxslərin də qızdırmalı xəstəlikdən ölməsi fironun lənətindən xəbər verir deyə söz-söhbətlər gəzdi.

Fironun məzarına yazılmış yazı isə xüsusilə diqqət çəkir:

Fironun məzarına hər kim toxunsa ölüm qanadları onu cənginə alacaq

Bu mövzu barədə fikirlərinizi səhifəmizdə bildirməyi unutmayın.