Hörümçəklərin bir çox növləri var. Amma görünür, hələ kəşf olunmamış növlər və xüsusiyyətlər də var. Belə ki, bir sıra araşdırmacılar təsadüfən uça bilən hörümçək növü kəşf ediblər. Digər qəribə tərəfi isə bu növün meteoroloji hava proqnozları verə bilməsidir: Xərçəng Hörümçəyi!

Berlin Texniki Universiteti‘ndə araşdırma aparan Moonsung Cho və yoldaşları xərçəng hörümçəkləri üstündə bir çox testlər aparıb. Qəribə bir şəkildə bu hörümçəklərin uça bildiklərini müşahidə ediblər. Qanadları olmayan bu növ uçmaq üçün öz torlarından istifadə edir. Digər tərəfdən isə Spinneret adı verilən orqanlardan balon torlarını çıxarmadan öncə ayaqlarını yuxarı qaldıraraq küləyin sürətini təyin edir, sonra isə ona uyğun havada süzülür. Ən ideal şərait isə isti hava və yüngül sürətli küləyin olmasıdır. Elektron mikroskop ilə bu torlara baxıldıqda qalınlığının 400-700 nanometr olduğu və görünən işıqdan daha incə olduğu anlaşıldı. 4.5 metr yüksəkliyə qədər tullanan hörümçəklər, əgər hava şəraiti dəyişməssə uzun müddət havada hərəkət edərək irəliləyir. 25 milliqram ağırlığa olan Xərçəng Hörümçəyi uçma qabiliyyəti hesabına daha yaxşı ov edir və özünə daha tez dişi tapa bilir.