Ulduzlararası filmi üzərində işləyərkən baş prodüser Kip Thorne eyni zamanda fantastik düşüncənin mərkəzində yerləşən qara dəliyi yaratmalı idi. Özü nəzəri fizik olduğu üçün filmdə yaşanan bütün hadisələrin reallığa uyğun olması üçün çalışdı. Bundan başqa, film rejissoru Christopher Nolan qara dəliyin görüntü baxımından baş gicəlləndirici olmasını istəyirdi. Əsas görüntüdən də görə biləcəyiniz kimi estetik cəhətdən filmdə əməyi keçənlər buna nail ola biliblər. Lakin daha da maraqlısı, bu qara dəliyin yaradılmasının həqiqətən də elmi kəşfə səbəb olmasıdır. 

Qısaca izah edəsi olsaq, qara dəliyi ən uyğun formada yaratmaq istəyən Kip Thorne effekt komandasının yararlandığı məlumat proqramını hesablamaq üçün yeni növ tənlik hazırladı. Bu qara dəliyin kosmosda nəyə oxşayacağını həqiqətən də əks etdirə bilən tənlik növü idi.

Bunu etmək asan deyildi. Çünki qara dəliklər ətraflarındakı işığı əmirlər, kosmos-zamanı bükürlər və X-ray (Rentgen) teleskopları xaricində bütün teleskoplar üçün görünməzdirlər. X-ray teleskopları onların periodik olaraq saçdıqları enerjini görə bilirlər. Lakin illər boyu minlərlə komputerlə işləyən Thorne və xüsusi effekt heyəti tamamilə həqiqi nəticə əldə edə bildilər.

Elmi prinsiplərə söykənsək deyə bilərik ki, bir qara dəlik işıq sürətinə yaxın sürətlə fırlanır və kainatın hissələrini də özü ilə birgə sürükləyir. Bir vaxtlar ulduz olan bu səma cisminin öz üstünə çökməsiylə yarandığı düşünüldükdə, onun ətrafında onu əhatə edən işıq toru mütləq var. Bu işıq toru qara dəliyin üstündə və altında simmetrik formada dağılırmış kimi görünür. 

İşıq diskinin eynisini yaratmaq istəyən heyət əvvəlcə düz və rəngli halqa hazırladı və onu dizayn etdikləri, sürətlə fırlanan qara dəliyin ətrafında yerləşdirdilər. Sonra isə olduqca qəribə və ruhlandırıcı bir hadisə yaşandı. Oskar mükafatı qazanmış Double Negative şirkətinin qocaman idarəçisi Paul Franklin bu hadisəni belə nəql edir:

”Ətrafındakı kosmosu bükərkən, qara dəliyin yığma diskini də bükdüyünü gördük. Bu səbəblə işıq, onun ətrafında Saturn halqaları kimi görünməkdənsə fotoda gördüyünüz kimi xanalar yaradır.” 

Thorne Diaqramı

Double Negative heyəti bunun proqramdakı hansısa xətadan qaynaqlandığını düşündü. Lakin Thorne bunun onlara təqdim etdiyi riyazi tənliklərin quruluşundan asılı olaraq yarandığını və modellərinin doğru olduğunu bildirdi. Davamında belə deyir:

”Bu, bizim müşahidədən əldə etdiyimiz məlumatdır, təbiətin davranışıdır…Bu məlumatdan yola qoyularaq ən az 2 məqalə yaza biləcəyimi düşünürəm.” 

Lakin daha vacibi, uzun müddətdir elmlə məşğul olan, eyni zamanda kosmosun və fizikanın sirlərinə aşiq olan Thorne olduqca böyük kütləyə həqiqi və məqsədəuyğun elmi faktlardan söhbət açmağın həyəcanını hiss etdi. 

Qeyd: Bu yazı Universe Today saytından tərcümə olunub.