Cakkuzi deyəndə ağlımıza isti və köpüklü su, həmçinin də rahatlıq anlayışının ən zəngin çalarları gəlir. Bu mükəmməl birləşmədir. Lakin bu dəfə, bütün cakkuzi əlamətlərini özündə birləşdirən buxarlı köpüklərin metanla dolu olduğu zəhərli bir gölməçədən yazacağıq. Meksika körfəzindəki bu duzlu su hovuzu tətil məkanı deyil. Çünki hovuz dənizin dibindədir və dəniz suyundan fərqli olaraq zəhərlidir. Cənginə aldığı hər bir canlını məhv edir. (Kiçik mikrobakteriyalardan başqa) Ümid edirik ki, təsəvvürünüzdə canlandırdığınız cakkuzi anlayışını məhv etməmişik. 

Ümidsizliyin cakkuzisi!

Körfəz sularının 1000 metr dərinliyində yerləşən və öz dərinliyi 4 metr olan bu hovuz 2016-cı ilin mayında araşdırmaçılar tərəfindən kəşf olunmuşdu. Hovuzun suyunun duzluluğu və sıxlığı dəniz suyundan 5 dəfə çoxdur. Dənizin dibinə yayılan duz sıxlığının səbəbi metan qazı və hidrogen sulfid də daxil olmaqla bir sıra toksik birləşmələrdir. 


QEYD: Elm Azərbaycan KitabAl platforması ilə iş birliyi çərçivəsində ərsəyə gətirdiyi ”7 qısa izahla Fizika” kitabını oxucularına təqdim edir! Kitab 18 fevral tarixində təqdim olunub və 20% endirimlə satılır. Kitabı əldə etmək üçün aşağıdakı linkdən və ya nömrədən istifadə edə bilərsiniz:

LİNK:   http://kitabal.az/book.php?book=1539