Los Ancelesdəki Kaliforniya Universitetində işləyən bir qrup araşdırmaçı xatirələrin yaddaşda saxlanılması ilə bağlı çox vacib nəticələr əldə ediblər. Qısa müddət əvvəl eLife jurnalında yayımlanan nəticələr görə Alzheimer səbəbilə yaddaş problemi yaşayan xəstələrin keçmişini yenidən xatırlaması mümkün ola bilər.

Keçmişdə xatirələrin sinir hüceyrələri arasındakı əlaqələrdə saxlandığı düşünülürdü. Lakin Dr. Chen və dostları tərəfindən edilən araşdırma bu halın dəyişməsinə səbəb ola bilər. Araşdırmaçılar L. Glanzman rəhbərliyi ilə apardıqları araşdırmalar zamanı Apysia olaraq adlandırılan dəniz molyusku növünü öyrəndilər. Nəticələr bir xatirə ilə bağlı əlaqələr itsə belə bu əlaqələrin daha sonra yenidən yaradıla biləcəyini göstərdi. Araşdırmaçılar bu halın xatirələrin əlaqələrdə deyil, neyronlarda (sinir hüceyrələrində) saxlanıldığı anlamına gəldiyini və unudulmuş xatirələrin yenidən xatırlanmasının mümkün olduğunu bildirirlər.

Alzheimer xəstəliyi zamanı əvvəlcə əlaqələr yox olmağa başlayır, sonra isə sinir hüceyrələri məhv olur. Beləliklə, əgər xatirələrin əlaqələrdə deyil, neyronlarda saxlanıldığı düşüncəsi doğrudursa, hələ sinir hüceyrələri ölməmiş Alzheimer xəstələri əvvəlki yaddaşlarını bərpa edə bilərlər.