Xaricdə yeni bir dil öyrənmək fikrindəsiniz? Əla! CV-nizdə möhtəşəm görünən dəyərli həyat bacarıqları qazanacağınız səyahətə başlamaq üzrəsiniz (və bəli, iki dildə danışmaq həqiqətən bir çox mənada daha yaxşıdır), lakin bu həmçinin sizin üfiqlərinizi  və eləcə də dost əhatənizi genişləndirəcək.

Təhsil almaq üçün düzgün yer tapmaq da çətin ola bilər. Hər şeydən əvvəl, siz öyrənmək istədiyiniz dili müəyyənləşdirməlisiniz;  daha sonra bu dili öyrənib məşq etdikcə sizi əyləncə, çətin lakin eyni zamanda həll etməkdən zövq alacağınız problemlərin düzgün kombinasiyası ilə təmin edəcək şəhəri təsbit etməlisiniz.  Biz sizə  qərar verməkdə kömək etmək üçün 10 ən yaxşı dil öyrənmə mərkəzlərini siyahıya aldıq.

  • LONDON

Çox güman ki, ingilis dilini öyrənmək üçün ən əyani məkandır; London həmçinin ən yaxşılardan biridir. Burada siz əcdadları əslində dili icad edənlər olan ada sakinlərindən dil öyrənəcəksiniz. Londonda həyat son dərəcə gərgindir, belə ki, sizin şansınız olmasa da, ayaqlaşmaq üçün sürətlə öyrənməlisiniz.  Bu qastronomik şəhər sizi şəhər boyunca küçədə qəribə köşklərindən yemək sifariş etməkdə və qəhvənin hər bir növünü ayaqüstü dadmaqda professional edəcək. London həmçinin çox böyük miqdarda beynəlxalq əhaliyə malikdir, beləki,  hansı ölkədən səfər etməyinizdən asılı olmayaraq siz həm İngilis dilinizi təkmilləşdirəcək, həm də sizə doğma təsir bağışlayan və evinizi xatırladan mühit tapacaqsınız.

  • SİDNEY

Sonsuz günəş işığı, ilboyu sərin hava və hər tərəfdə mavi dəniz – bir çox səbəblərdən yalnız üçü… Sidney səyahət etmək üçün mükəmməl şəhərdir. Lakin hansı amil bu şəhəri dil öyrənmək üçün belə məşhur edir? Bəli… buranın əhalisi dünyada ən səmimi xalqlardandır. Bir dəfə onların geniş yollarından istifadə etsəniz özünüzü səhərlərinizi kofein ilə dolduracağınız kafedə baristadan (qəhvəni hazırlayıb servis edən şəxs)  tutmuş kəskin şəkildə qaralmış sörf məşqçinizə qədər  hamıyla söhbət edərkən tapacaqsınız. Hətta fərqinə belə varmadan yeni əldə etdiyiniz lüğətdən istifadə edəcək, yerli jarqonu mənimsəyəcək (10 ən yaxşı ifadələrimizi görmək üçün buraya klikləyin) və İngilis dili bacarıqlarınızı gücləndirəcəksiniz.  Siz həmçinin evə möhtəşəm Avstraliya aksenti ilə qayıdacaqsınız.

  • PARİS

Səmimi ola bilərsiniz, Fransız dilini öyrənmək sadəcə Parisə – Fransanın möhtəşəm paytaxtına səfərinizə haqq qazandırmaq üçün axtardığınız səbəbdir. Çevrənizdə daim səslənən sevgi dilini məşq etmək üçün tamamilə müasir Fransız mədəniyyətini əhatələyən (və  doyunca makarons yeyə biləcəyiniz) daha yaxşı yer yoxdur.  Əlinizdə baget (Fransız üsulu ilə hazırlanmış nazik, uzun baton çörəyi) Sena çayı boyunca zövq alaraq gəzərkən və ya dəniz ilbizi və çipsdən iştahla dadarkən siz onu süngər kimi mənimsəyəcəksiniz.  İnsan…Fransız dilini sevən süngər. Siz həmçinin üstün qramatika,  əla Paris aksenti və bir qədər yerli şivə ilə buradan ayrılacaqsınız (bələdçi üçün klikləyin); əgər onların sevimli dillərində səhv etsəniz və ya axmaq bir şey söyləsəniz,  yerli sakinlər sizin səhvlərinizi düzəltməyi ayıb hesab etmirlər.

  • SAN FRANSİSKO

ABŞ-ın asanlıqla öyrəşəcəyiniz yaradıcı paytaxtı,  innovativ ideyalarla zəngindir:  Canlı Bohem (xüsusilə incəsənətlə məşğul olan adamlar üçün söylənilən, sabahını düşünmədən yaşayan insan tipi) mənzərəsini nümayiş etdirən qayğısız sənət adamlarından tutmuş, sonuncu startapları (yeni biznes layihələri) Qızıl Darvaza Körpüsünün füsunkar mənzərəsi ilə göz oxşayan minlərlə uzaqgörən sahibkara qədər… San Fransisko  bir gəncin formalaşması üçün ABŞ-da ən yaxşı yerlərdən biridir. Onun hər bir küncündə ilham mənbəyi və yeni ideyalar yatır, və aşırımlı yüksəkliklərlə möhtəşəm üfüq mənzərəsinin arasında, dərsdə olmadığınız hər an sizi məşğul olan bir şey mütləq mövcuddur. Maraqlı fikirləri olan maraqlı insanların əhatəsində sizin yaradıcı qabiliyyətiniz üzə çıxacaq və siz sürətlə professional kimi ingilis dilində danışacaqsınız.

  • VANKUVER

Vankuverdə siz sadəcə dil öyrənməyəcəksiniz. Kanadanın ən gözəl şəhərlərindən biri olan Vankuver məşhurluğunu mükəmməl coğrafi mövqeyinə borcludur; Britaniya Kolumbiyasının göz qamaşdıran sahil xətti boyunca yerləşməsi ilə bərabər əzəmətli dağların yamacları ilə əhatələnmişdir. Burada siz xizək sürməyi, dağ velosipedi sənətini öyrənə və ya hətta CV-nizdə qabilliyyət (və ya hobbi) siyahınıza balıq tutmağı da əlavə edə bilərsiniz, əlbəttə ki, “İngilis dilində səlis və çox nəzakətli” danışmaqla bərabər! Çox səmimi və kübar olmaqla, Kanadalılar İngilis diliniz mükəmməlləşənə kimi  sizinlə böyük məmnuniyyətlə saatlarla xokkey oyunları və qarlı qışlar barədə hekayələri bir-birilə əvəzləyərək söhbət edəcəklər.

  • PLAYA TAMARİNDO

Bəli…Kosta Rikadan salamlar… Daha çox tətil məkanı kimi düşünülməsinə rəğmən il boyu məzuniyyətdə olmaq hissinin hətta öyrənmək məqsədilə burada olsanız belə davam etməsi üçün səbəb yoxdur. Mərkəzi Amerikanın macəra paytaxtının şəxsi şüarı vardır – “Pura Vida” – mənası “saf həyat” deməkdir. Həm yerli sakinlərlə vaxt keçirmək, həm də onların Pura Vida məfhumunu anlamaq Playa Tamarindoda İspan dilini qavramanızı sürətlə izləmək üçün açardır. Siz zamanınızı  sörf və ölkənin olduqca gözəl milli parklarında çoxlu yaşıl ağacların kölgəsi üzərində dağa dırmanma dərsləri ilə keçirəcəksiniz.

  • KEYPTAUN

Keyptaun sizə dünyanın ən ikonik vəhşi təbiətinin bəzi nümayəndələrini görməklə bərabər ingilis dilini öyrənmək üçün mükəmməl imkan yaradır; başqa heç bir yerdə Afrikanın böyük beşliyi sizin təhsilinizə belə yaxın olmayacaq (və xeyr, zooparklar hesaba daxil deyil).  Şəhərdəki yaşayış yerinizdən həftə sonlarını şir, bəbir və camış axtararaq Cənubi Afrikanın milli parklarından birində safaridə keçirmək olduqca sadədir. Keyptaun çox kosmopolit (multikultural) və müasirdir;  burada etməyə çox şey var, cansıxıcılıq isə sadəcə mövcud deyil. Bir dəfə səs-küylü sahilboyu zolağı kəşf etsəniz,  körfəzin qarşı tərəfində heyranedici mənzərənin şahidi olmaq üçün Stol Dağının zirvəsinə piyada qalxın, Nelson Mandelanın dustaq edildiyi Roben adasını ziyarət edin və ya hətta nəhəng ağ köpək balıqlarını görmək üçün qayığın göyərtəsinə çıxın.

  • TOKİO

Tokio həqiqətən dünyada başqa heç bir yerə bənzəmir; gələcəyə xas, qəribə göydələnlər və robot kafelər çiçəkləmiş gilas ağacları və təmtəraqla bəzədilmiş qədim kiçik kilsələrlə yanaşı yerləşir. Siz həqiqətən Yapon dilini burada sürətlə öyrənməlisiniz. Baxmayaraq ki, kifayət qədər göstərici nişanlar sizin doğma dilinizdədir, lakin həyat o qədər heyranedici çılğınlıqlarla doludur ki, sizin başqa seçiminiz yoxdur, başınız öndə hərəkət etmək üçün şəhər metrosu ilə bağlı problemlərinizi həll edin və bacardığınız qədər çox hər şeyi sınaqdan keçirin.  Siz ancaq illərlə sevimli suşinizin adını səhv tələffüz etdiyinizi anlama riskdən qaçmalısınız. Əgər cəsarət etsəniz, siz hələ də öz doğma dilinizi şəhər boyunca yayılmış karaoke barlardan birində məşq edə bilərsiniz.

  • BRİSTOL

Londonun kiçik qardaşı kimi, Bristolda ingilis dilini öyrənmək daha təlaşsız sürətlə Britaniya haqqında bütün şeylərin ən yaxşılarından zövq almaq imkanı yaradır. Ölkənin qərb tərəfində liman ətrafında yerləşən bu şəhər olduqca tarixi memarlıq nümunələri boyunca davam edən səs-küylü incəsənət və canlı musiqi səhnəsi, ayrı-ayrı mağazalar və kiçik qaymaqlı çörəklərlə aşıb-daşan əntiq çay evlərinin ecazkar kombinasiyasına malikdir. Bristol əhalisi London əhalisinə nisbətən daha söhbətcildir, beləki, sizin danışıq qabiliyyətiniz daha tez-tez sınağa çəkiləcək, lakin əgər siz paytaxt şəhərin qarışıqlıq və çaxnaşmasının şahidi olmaq istəyirsinizsə, bu qatarla 2 saat uzaqlıqdadır.

  • BOSTON

İngilis mühacirləri tərəfindən əsası qoyulan bu şəhərdə dünyanın ən böyük ingilis dilli şəhərlərindən birinin başında durun və dili özünüz üçün öyrənin. Çox yaxınlıqda yerləşən Harvard və Massaçusest Texniki Universiteti kimi dünyanın aparıcı təhsil müəssisələri ilə birgə Boston tələbələri açıq qollarla qarşılamaq üçün yaxşıca təchiz edilmişdir. Bu cəlbedici liman şəhər səmimi, kiçik-şəhər abu-havasına malikdir və nəhəng daşlardan memarlıq abidələri və gözəl parklar arası boyunca şərab sevən gənclər üçün hip kafe uzanır. Bura həmçinin tarix dərslərindən zövq almaq məkanıdır; sadəcə bir gündə qırmızı kərpicli azadlıq cığırıyla şəhər mərkəzinə doğru Amerika İnqilabı haqqında hekayələri dinləyərək səyahət edin (və bizim “yerli sakin kimi necə yaşamaq” haqqında başqa tövsiyyələrimizi qaçırmayın).

İstinad: http://www.ef.com/az/blog/language/dil-oyrənmək-ucun-dunyada-ən-yaxsi-10-yer/