Son bir neçə ildə ulduzu parlayan Xiaomi hal-hazırda dünyanın ən böyük smartfon istehsalçılarından biridir. Çin bazarını münasib qiymətli məhsulları ilə ələ alan şirkət, sadəcə telefon yox, texnologiya ilə əlaqəsi olmayan məhsullar da satır.

Adı və loqosu ilə də olduqca böyük məna daşıyan Xiaomi-nin qısa müddətdə əldə etdiyi mövqeyə baxası olsaq, qarşıdakı bir neçə ildə daha böyük olmaq üçün əmin addımlarla irəlilədiyini görə bilərik. İndi isə gəlin, birlikdə son illərin ən öndəgedən markalarından biri haqqında bəzi maraqlı məlumatlarla tanış olaq.

Mənfəət dərəcəsi heç vaxt 5%-i keçməyəcək

2018-ci ilin aprel ayında Xiaomi CEO-su Lei Jun tərəfindən verilən açıqlamaya görə, şirkət smartfonlar daxil olmaqla bütün məhsullarında maksimum 5%-lik mənfəət dərəcəsinə sahibdir və bu hal gələcəkdə dəyişməyəcək.

OnePlus kimi Çin şirkətləri tanınmağa başladıqca qiymətləri artırsalar da Xiaomi-nin bu mənfəət siyasəti təqdirə layiqdir.

Milyonlarla məhsul sataraq Ginnesin Rekordlar Kitabına girdiyi gün

2015-ci ildə Xiaomi 24 saat ərzində cəmi bir məntəqədə ən yüksək satış göstəricisini əldə edərək Ginnesin Rekordlar Kitabına düşüb. 24 saatda 2.112.010 ədəd cihaz satan texnologiya nəhənginin imza atdığı bu rekord daha əvvəl 1.894.867 məhsulla Alibabanın Tmall adlı şirkətinə məxsus idi.

Smartfonlarla yanaşı, Xiaomi rekord qırılan gün 770.000 ev əşyası, 247.000 elektrik yuvası, 208.000 Mi Band Fitness izləmə cihazı və 38.000 televizor satıb. Başqa sözlə, 420 milyon dollarlıq satış!

Xiaomi domen almaq üçün 3.6 milyon dollar xərcləyib

Şirkət 2014-cü ildə ”xiaomi.com” olan rəsmi veb saytını ”mi.com” olaraq dəyişdirmək üçün 3.6 milyon dollar xərcləyib. Çin xaricindəki istifadəçilərinin Xiaomi adını çətin tələffüz etdiklərini düşünən şirkət əsasən Mi adından istifadə edir.

Sözügedən şirkətin qəribə məhsulları da var

Mi 8, Mi Mix və ya Redmi seriyalı smartfonlarla yanaşı, şirkətin ağıllı lampa, ağıllı robot süpürgə, powerbank, düyü bişirən, səyahət yastığı və yataq mebeli kimi məhsulları da var

Çin Apple-ı 

”Mi” bir çox insan tərəfindən Çinin Apple-ı kimi qəbul edilir. Apple-ın ABŞ-dakı hakimiyyətinə oxşar hakimiyyəti Çində quran şirkət məhsul və mağaza dizaynları ilə Apple-a çox oxşayır. Bundan başqa, qurucusu və SEO-su Lei Jun da Steve Jobs-a oxşayır. Geyindiyi qara paltarları və Jobs-a oxşar təqdimat tərzi ilə də diqqət çəkir.

Şirkət reklama pul xərcləmir

Dünya miqyasında ”Mi” baş ofisinə bağlı o qədər də çox mağaza yoxdur. Cihazlarını onsuz da aşağı qiymətə satan şirkət çox da reklama ehtiyac duymur.

Ad kiçik düyü mənasını verir

”Xiao” – kiçik, ”mi” isə düyü deməkdir. Bu da ”Ən yüksəyi hədəfləməzdən əvvəl, kiçik şeylərdən başla”, deməkdir.

Xiaomi

İstinad: Webtekno